AM — ingilis rok qrupu Arctic Monkeys-in beşinci studiya albomu. Ceyms Ford və Ross Ortonun prodüserlik etdiyi albom, Los-Ancelesdəki Sage Sound & Recording və Kaliforniyanın Coşua-Tri şəhərində yerləşən Rancho De La Luna studiyasında yazılıb. "AM" 2013-cü ilin sentyabr ayında Domino tərəfindən buraxılmışdır. "R U Mine?", "Do I Wanna Know?", "Why'd You Only Call Me When You're High?", "One for the Road", "Arabella", və "Snap Out of It" sinqllarında Coş Homm, Bill-Rayder Cons və Pit Tomas qonaq ifaçı kimi yer alıblar.
Psixodelik rok, blüz rok, hard rok, ağır metal, desert rok, R&B, soul və hip hop da daxil olmaqla, "AM" çeşidli janrlardan olan elementləri özünə birləşdirir. Qrupun, solisti Aleks Törnerin dediyinə görə, əvvəlki albomları olan "Suck It and See"-dən fərqli olaraq, bu dəfə albomun yaradılmasına başqa cür yanaşıblar. Qrup alboma piano, orqan, Hohner Guitaret və vintaj dram-maşina da daxil olmaqla yeni alətlər daxil etdi. Albomda çirkin romantika, seks və tənhalıq kimi mövzulara toxunulur.
Kommersiya baxımından albom Arctic Monkeys-in bu günə qədər çıxardığı ən uğurlu albomu olub. Bir neçə ölkədə siyahılarda birinci yerə yüksəlib. Böyük Britaniya ilk həftəsində 157.000-dən çox nüsxə satıb. Eyni zamanda 73.000 ədəd vinil sataraq on ilin ən çox satılan vinil albomlarından biri adını qazanıb. "AM" 2017-ci ildə ABŞ-də Platin sertifikatına layiq görülüb.
Tənqidçilər qrupun əvvəlki albomları ilə müqayisədə onun daha tünd və gur səsini təriflədilər. Albom 2013-cü ilin ən yaxşı albomlarından biri kimi bəzi siyahılarda yer tutdu. "AM" 2014 "Brit" mükafatkarında qrupa – Ən yaxşı Britaniya albomu mükafatını qazandırdı. Eləcə də, albom 2013-cü ildə "Merküri" mükafatına namizəd olub. "Do I Wanna Know?" mahnısı Ən Yaxşı Rok Performansı kateqoriyasında mükafata nominasiya alıb. NME 2015-ci ildə 57-ci Qremmi mükafatlarında albomu onilliyin ən yaxşı albomu elan etmişdir. "AM" buraxılışından cəmi bir ay sonra NME-nin "Bütün zamanların 500 ən möhtəşəm albomu" siyahısında 449-cu yeri tutub. Rolling Stone jurnalı isə 2020-ci ildəki siyahısında albomu 346-cı yerə layiq görüb.
İstehsal Adı Qrupun solisti Aleks Törner BBC Radio 1-dən Zeyn Louya vetdiyi müsahibədə albomun adının Velvet Underground qrupunun 1985-ci ildə buraxılan albomu "VU"-dan ilhamlanaraq seçdiyini deyir.
Aleks qrupun səsyazma prosesində istifadə etdikləri gitara gücləndiricisinə görə albomun adının az qala "The New Black" olacağından danışıb: "Məndə çox istifadə etdiyimiz köhnə Rickenbacker var. Düymələri yoxdur, sadəcə iki dəliyi var. Və bu "The New Black" kimi tanınan kiçik qara gücləndiricidr. Albomu belə adlandırmaq fikrim var idi."
Trek siyahısı
İstinadlar
Kateqoriya:2013-cü ilin musiqi albomları Kateqoriya:Arctic Monkeys albomları Kateqoriya:Domino Recording Company albomları Kateqoriya:İlin Britaniya albomuna görə Brit mükafatı