Bar Pali (; doğum adı: Varvara Aleksandrovna Paley, ; ) — İsrail-Amerikalı aktrisa və model.

Həyatı Pali 29 aprel 1982-ci ildə SSRİ-nin tərkibinə daxil olan Rusiya SSR-in Nijni Tagil şəhərində Olqa (qızlıq soyadı Drob) və Aleksander Paleyin ailəsində anadan olmuşdur. Uşaqlıqdan musiqiyə havəsi olan Pali 4 yaşından pianoda ifa edirdi. Doqquz yaşında ailəsi İsrailə köçdü və o, İsrailin Təl-Əviv şəhərində böyüdü. Babaları İkinci Dünya müharibəsi illərində Qızıl Orduda xidmət etmişdir. Məktəb illərində aktrisalığa olan marağının nəticəsində Təl-Əvivdə yerləşən Alef İncəsənət Məktəbinə yazıldı və burada Vilyam Şekspir və Bertolt Brextin Atiqona kimi əsərlərinin taşamasında iştirak etdi.

Karyerası

Model Pali modellik karyerasına 17 yaşında başlamışdır. O, Maxim, Rolling Stone və GQ kimi jurnalların üz qapığında yer almışdır. Həmçinin 2014-cü ilin may ayında Esquire jurnalının Latın Amerikası buraxılışının üz qabığı üçün çəkiliş etmişdir.

Aktrisa Pali 2013-cü ildə müxtəlif televiziya buraxılışlarında yer alaraq aktrisalıq karyerasına başladı. İsrail istehsalı olan Zehirut Matzlema filmində rol aldı. Bundan başqa Ananla necə tanış oldum, Başlanğıc arvad teleseriallarında və 2008-ci il istehsalı Xaralablıqlar qorxu filmində rol canlandırmışdır.

2013-cü ildə Roman Koppolanın III Çarlz Svanın beyninə baxış filmində yer aldı. Həmçinin Mark Uolberq və Dueyn Consonla birlikdə Maykl Beyin Əziyyət və bəhrə filmində köməkçi rolda yer aldı. Bundan başqa Liam Nisonla birlikdə 2014-cü il istehsalı Dayanmadan triller filmində rol aldı.

2015-ci ildən bəri ABŞ istehsalı cinayət-dram janrında olan NCIS: Los-Anceles teleserialında Anastasia "Anna" Kolçek rolunu canlandırır.

2017-2018-ci illər aralığında isə DC-nin sabahın əfsanələri şousunda Troyalı Helen rolunu canlandırmışdır.

Şəxsi həyatı Pali Rusiya yəhudisidir. O, 2017-ci ildə kanadalı rejissor lan Kessner ilə evlənmişdir.

Pali 2016-ci ilin avqust ayında ABŞ vətəndaşı olmuşdur.

Filmoqrafiya

Film +İlBaşlıqRolQeyd2003Zehirut MatzlemaDiviTelefilm2008XarabalıqlarArxeoloq2012III Çarlz Svanın beynin içinə baxışMaria-Karla2013Əziyyət və bəhrəSorina Luminita2014Dayanmadanİris MarianneMilyon dollarlıq qolLisette2015Küçə səviyyəsiŞelbi2016TələbDenizİtkin qızlarKaraQısa film2019Saata qarşıLauren de İsiqni

Televiziya +İlBaşlıqRolQeyd2007CSI: Nyu-YorkMia OpalEpizod: "Heart of Glass"2008Başlanğıc arvadLola5 seriyaBağlanmamışKloiEpizod: "Yorkshire Terrier Sucked Into the Internet"2010Ananla necə tanış oldumNataliaEpizod: "Rabbit or Duck"2012İşsizTatiana2 seriyaOyun mağazasıFauks-NerdEpizod: "Faux Nerd Girl"2015Valideynlərin diqqətsizliyiTeylorEpizod: "Bad Blood Test"2015–ci ildənNCIS: Los-AncelesAnastasia "Anna" Kolçek20 seriya2016Can-Klod van ConsonKrisztinaEpizod: PilotTəlim günüNatalia VostokEpizod #1.12017BoschLeniEpizod: "The Four Last Things"2017–2018DC-nin sabahın əfsanələriTroyalı HelenEpizod: "Helen Hunt", "The Good, The Bad and The Cuddly"2018iZombieAmanda LevisEpizod: "Don't Hate the Player, Hate the Brain"

Videooyunlar +İlBaşlıqRolQeyd2011L.A. NoireMarqarit Kansito

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yəhudilər Kateqoriya:İsrail yəhudiləri Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:Rusiya yəhudiləri Kateqoriya:İsrail aktrisaları Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:SSRİ-dən İsrailə mühacirət edənlər