Bahar Bərdəli (tam adı: Bahar Hüseynalı qızı Məmmədova; ) — filologiya elmləri doktoru, dosent,ədəbiyyatşünas, yazıçı, şairə, AYB-nin üzvü (1995). Həyatı Bahar Məmmədova 1957-ci il mayın 6-da Bərdə rayonunun Balaqəcər kəndində anadan olmuşdur. Şirvanlı kənd orta məktəbini (1964–1974), Azərbaycan Dövlət Pedaqoji Universitetini (1974–1979) bitirmişdir. 1979–1991-ci illərdə Bərdədə, 1991–2008-ci illərə qədər isə Bakıda orta təhsil məktəblərində müəllim, direktor müavini və direktor işləmişdir. 2008-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində elmi fəaliyyətə başlamışdır. Hazırda isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosentdir. İyirmiyə yaxın bədii-elmi kitabın müəllifidir. Yazıçı kimi prezident təqaüdçüsüdür.

O, 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Kitabları Bədii kitabları Qarabağın maralı. (Povest, hekayələr). Bakı, Gənclik, 1995 Bənövşələr açanda. (Şeirlər). Bakı, Gənclik, 1996 Ağ kəpənək. (Hekayələr). Bakı, Qorqud, 1998 Çərşənbə tonqalı. (Şeirlər). Bakı, Şirvannəşr, 2000 Duyğuların səması. (Povest, hekayələr). Bakı, Şirvannəşr, 2005 Qayıtmısan. (Şeirlər). Bakı, Nurlan, 2011 "Seçilmiş əsərləri" I cild (Şeirlər) 2017 "Seçilmiş əsərləri" II cild (Povest, hekayələri). 2017 İki əsrin hekayələri.(Hekayələr). Bakı, Nurlan, 2018 Qarabağın dayağı Bərdə — Bərdənin qüruru şəhidlər. (Bərdə şəhidləri haqqında publistik qeydlər). Bakı, 2021 Monoqrafiyaları Balaş Azəroğlunun yaradıcılıq yolu. Bakı, Nurlan. 2007 Cənubi Azərbaycan mühacir poeziyası. (1947-1990). Bakı, Elm və təhsil, 2012 Müstəqillik dövrü Azərbaycan poeziyası. Bakı, Elm və təhsil, Bakı, 2014Müstəqillik dövrü Azərbaycan poeziyası. Bakı, Elm və təhsil, Bakı, 2014 Bahar Bərdəli. Seçilmiş əsərləri. 3 cilddə. III cild. (Elmi əsərlər). Bakı, Nurlan, 2017 "Elçin İsgəənzadə: həyatı, yaradıcılığı". Bakı, "Vektor" nəşriyyatı, 2023, 160 s

Elmi fəaliyyəti Bahar Bərdəlinin ilk elmi yaradıcılığı Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlıdır. O, XX əsrin 30–40-cı illər ədəbiyyatını, Balaş Azəroğlunun yaradıcılıq yolunu və Şimali Azərbaycana mühacirət etmiş cənublu şairlərin həyat və yaradıcılığını tədqiq etmişdir. 2010-cu ildə "Balaş Azəroğlunun yaradıcılıq yolu" mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını müdafiə etmişdir. Bununla bağlı "Balaş Azəroğlunun yaradıcılıq yolu" və "Cənubi Azərbaycan mühacir poeziyası (1947–1990)" monoqrafiyalarını nəşr etdirmişdir. Hər iki monoqrafiyada müəllif Bakıda yaşayan cənublu şairlərin həyat və yaradıcılıqlarını mövzular üzrə qurublaşdıraraq elm camiyəsinə təqdim etmişdir.

Daha sonra Bahar Bərdəli "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsində çalışmış, Müstəqillik dövrü Azərbaycan poeziyasını tədqiq etməyə başlamışdır. Nəticədə "Müstəqillik dövrü Azərbaycan poeziyası" və "Elçin İsgəndərzadə: həyatı, yaradıcılığı" monoqrafiyalarını yazmış və çap etdirmişdir. 2016-cı ildə Dosent elmi adını almışdır. 2024-cü ilin yanvarın 15-də "Müstəqillik dövrü Azərbaycan şeirində gerçəkliyin əksi" mövzusunda Doktorluq dissertasiyasını müdafiə etmişdir və Filologiya elmləri doktoru diplomunu almışdır. İndiyə kimi yüzə yaxın elmi, publisistik məqalənin, beş monoqrafiyanın, 10 bədii kitabın müəllifidir. Mükafatları 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2019-cu ildən isə İLESAM -ın (Türkiye İlm ve Edebiyat Eseri Sahipleri Meslek Birliyi) üzvüdür. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yazıçı kimi 2009-cu ildə Prezident təqaüdü almış və 2022-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına layiq görülmüşdür. 2017-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, 2024-cü ildə isə AMEA Humanitar Elmlər Bölməsinin fəxri fərmanlarını almışdır. 2023-cü ildən AMEA-nın əmək veteranıdır.

Məqalələri

"Qabil poeziyasında vətəndaş mövqeyi" "Qabil poeziyasında Qarabağ mövzusu" "Nurəngiz Günün poetik ağrısı" "Nurəngiz Günün məhəbbət lirikası" "Nurəngiz Gün poeziyasının fəlsəfi yükü" "Sabir Rüstəmxanlının poeziyasında vətənpərvərlik duyğuları" "Qabil poeziyasında milli müstəqillik uğrunda mübarizənin inikası" "Sabir Rüstəmxanlının şeirlərində bütöv vətənin obrazı" "Sabir Rüstəmxanlının poemalarında tarixi gerçəklik" "Nurəngiz Günün poemalarında müharibə və insan amili" "Sabir Rüstəmxanlının poeziyasında müharibə və sülh amili" "Sabir Rüstəmxanlının poeziyasında bədii idrakın beynəlmiləl xüsusiyyətləri" "Nurəngiz Günün poeziyasında təbiətin obrazı" "Nurəngiz Günün poeziyasında təbiətin tərənnümü" "Qabil poeziyasında təbiətin obrazı" "Qabilin şeirlərində həyat fəlsəfəsi" "Sabir Rüstəmxanlı lirikasında məhəbbət motivləri" "Müstəqillik dövrü Azərbaycan şeirində dost və qardaş ölkələrə poetik münasibət" "Əbülfət Mədətoğlunun yaradıcılığında Vətənin poetik təcəssümü" "Gülxani Pənahın poeziyası müstəqillik illərində" "Поэтика природы и любви в творчестве Нурангиз Гюн" "Elçin İsgəndərzadənin poemalarında Birinci Qarabağ müharibəsi" "Elçin İsgəndərzadənin poeziyasında Vətənin obrazı" "Исторические поемы периода независимости Азербайджана" "Karabakh in Azerbaijani poetry during the period of independence the problem of reflecting the war" "Nurengiz Günün uzun şiirlerinde savaş konusu" "Nürəngiz Günün publisistikası" "Nürəngiz Günün nəsri" "1980s in the years of independence-Avsi Goshgar" "56 Karabaj en la poesia Azerbaiyana durante el periodo de inde" "Исторические поэмы периода независимости Азербайджана" "Reflection of the Karabakh War in verse of Elchin Iskenderzadeh" "Габиль и Нурангиз Гюн об истории современности" "Межкультурные основания поэзии Сабира Рустамханлы" "Поэтика природы и любви в творчестве Нурангиз Гюн"

İstinadlar

Xarici keçidlər Sayqa ile 24.05.2020 Bahar Berdeli, İlkin Ehmedov, Eldeniz Memmedov Bahar Bərdəli - Nurəngiz Gün Bahar Bərdəli - Balaş Azəroğlunun həyatı və yaradıcılığı Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı alimlər