thumb|right|300 px|Konya yaxınlığındakı Sillədəki keçmiş Rum Pravoslav Aqia Yeleni kilsəsinin girişində Qaramanlı türkcəsində yazı. thumb|Qəbir daşının üzərində Qaramanlı türkcəsində yazılmış yazı: ΤΕΚΕ ΟΓΛΟΥ ΧΑΤΖΙ ΓΙΑΝΙ ΓΙΑΠΤΙΡΑΝ 1910 “Tekeoğlu Hacı Yanni yaptıran, 1910”, Yalova Elmalık, Turkey) Qaramanlı türkcəsi (, ) — həm yazılı türkcənin bir formasıdır, həm də Osmanlı Türkiyəsindəki türkdilli pravoslav xristianları olan Qaramanlılar icmasının danışdığı türkcənin bir ləhcəsidir. Rəsmi Osmanlı türkcəsi ərəb qrafikası ilə yazılmışdır. Lakin Qaramanlılar türkcə formalarını yazmaq üçün yunan əlifbasından istifadə etmişdilər. Qaramanlı türkcəsinin öz ədəbi ənənəsi var idi və XIX əsrdə çap olunmuş çoxsaylı əsərlər, bəziləri Anatoli və ya Misailidis nəşriyyatı, Yevangilinos Misailidis tərəfindən nəşr edilmişdir.Misailidis 1986, p. 134
1923-cü ildə Türkiyə-Yunanıstan əhali mübadiləsi çərçivəsində Qaramanlı yazıçı və natiqləri Türkiyədən köçürülürlər. Bəzi natiqlər diasporada öz dillərini qoruyub saxlaya bilirlər. Türkiyə latın əlifbasını qəbul etdikdən dərhal sonra yazılı formada istifadəsi dayandırılır.
Qaramanlı dilində yazılmış əlyazmanın bir parçası da Qahirə Genizasında tapılmışdır.Julia Krivoruchko Karamanli – a new language variety in the Genizah: T-S AS 215.255 http://www.lib.cam.ac.uk/Taylor-Schechter/fotm/july-2012/index.html Orfoqrafiya +Qaramanlı türk əlifbası Yunanhərfləri Latınekvivalenti Tələffüzü Α a [a] Π˙ b [b] ΔΖ c [d͡ʒ] ΤΖ ç [t͡ʃ] Δ/Τ˙ d [d] Ε e [e] Φ f [f] Γ g [g] Γ/ΓΧ ğ [-/j] Χ h [h] Ι/Η ı ɯ]]] Ι i [i] Κ/ξ/ΧΧ˙ k [k/c] Λ l [l] Μ m [m] Ν n [n] Ο o [o] Ο˙/ΙΟ/Ω ö [ø] Π p [p] Ρ r [r] Σ/Ξ s [s] Σ˙ ş [ʃ] Τ/Θ t [t] ΟΥ u [u] ΟΥ˙ ü [y] Β v [v] Γ y [j] Ζ z [z] Tarixi Qaramanlı türkcəsi haqqında məlumat Övliya Çələbinin Səyahətnaməsində də yer almışdır. Övliya Çələbiyə görə, Antalyanın iyirmi mahalından dördündə “Urum kefiri” məskunlaşıb ki, onlar da yunanca deyil, “fərqli türkcədə danışırlar” (IX, 64a). Eyni vəziyyətlə Alanyada da qarşılaşırıq: “Amma onlar Urum dilini bilmirlər, fərqli türk dilini bilirlər.”Hayati Develi, Osmanlı'nın Dili, Kesit Yayınları, İstanbul 2010, s. 26. ISBN 978-605-4117-33-8 Media Yevangelinos Misailidis tərəfindən hazırlanan, 1850-ci ildən 1922-ci ilə qədər çıxan Anatoli qəzeti qaramanlı türkcəsində idi. Cited: p. xi Qaramanlı türkcəli digər nəşrlər isə Anatol Ahteri, Angeliaforos, Şafak və Terakki idi. İkinci və üçüncüsü Amerika Xarici Nümayəndəliklər üzrə Komissarlar Şurası tərəfindən yaradılmışdır. Dimitrius Nikolaydes də qaramanlı türkcəli Asya ("Asiya") nəşri üçün müraciət etsə də, lakin onun bunu təklifi rədd edildi; əvəzində Osmanlı türkcəsində “Sərvət” adlı qəzet çıxardı. Yevangelina Baltiya və Ayşə Kavak, "Yarım əsrdir Konstantinopol qəzetinin naşiri"nin müəllifi, Nikolaydesin təklifinin rədd edilməsinin səbəbini izah edən heç bir məlumat tapa bilmədikləri haqqında yazırdılar. // Cited: p. 42
Mənbə 250px|thumb|left|Bir evin qapısında qaramanlı türkçəsiylə yazılmış yazı (MAΣAΛAΧ “Maşallah”) İncəsu (Kayseri) Yevangelia Balta, Karamanlı Yazınsal Mirasının Ocaklarında Madencilik, 2019, Yapı Kredi Yayınları. —, 19. Yüzyıl Osmanlıca ve Karamanlıca Yayınlarda Ezop’un Hayatı ve Masalları (prep.), 2019, Libra Kitap. —, Karamanlıca Kitaplar Çözümlemeli Bibliyografya Cilt I: 1718-1839 (Karamanlıdıka Bibliographie Analytique Tome I: 1718-1839), 2018, Türkiye İş Bankası Kültür Yayınları. —, Gerçi Rum İsek de, Rumca Bilmez Türkçe Sözleriz: Karamanlılar ve Karamanlıca Edebiyat Üzerine Araştırmalar, 2012, Türkiye İş Bankası Kültür Yayınları.
İstinadlar
Kateqoriya:Aqqlütinativ dillər Kateqoriya:Orta əsrlər dilləri Kateqoriya:Osmanlı mədəniyyəti Kateqoriya:Yazı sistemləri Kateqoriya:Türk dili