thumb|İnsanlar Ayın səthini araşdırırlar thumb|Arrokoth kimi tanınan bu Kuiper qurşağı obyekti 2019-cu ildə görülən Günəş Sisteminin ən yaxından ziyarət edilən cismidir. thumb|250x250px| Opel RAK.1–30 sentyabr 1929-cu ildə dünyada ilk ictimai ekipajlı raket təyyarəsinin uçuşu. Kosmosun tədqiqi ilə astronomiya və kosmik texnologiya sahələri məşğul olur. Kosmosun tədqiqi əsasən teleskoplarla astronomlar tərəfindən həyata keçirildiyi halda, onun fiziki tədqiqi həm ekipajsız robot kosmos zondları, həm də insanların kosmosa uçuşu ilə aparılır. Kosmosun tədqiqi, onun klassik formasını öyrənən astronomiya elmi kosmos haqqında əsas mənbələrdən biridir.

Astronomiya kimi tanınan sahə kosmosda obyektlərin müşahidəsi ilə qədim vaxtlardan məşğul olsa da, yalnız XX əsrin ortalarında kosmosun fiziki tədqiqində raket texnologiyaların inkişafı nəticəsində yüksək nailiyyətlər əldə etmək mümkün olmuşdur. Dünyanın ilk genişmiqyaslı eksperimental raket proqramı 1920-ci illərin sonlarında Fritz von Opel və Maks Valierin rəhbərliyi altında Opel-RAK idi və bu, ilk ekipajlı raket təyyarələrinin yaradılmasına yol açdı. Bu proqram Nasist dövründə V2 proqramı və 1950-ci ildən etibarən ABŞ və Sovet kosmik proqramlarının inkişafına yol açdı. Opel-RAK proqramı və yerüstü və hava nəqliyyat vasitələrinin möhtəşəm ictimai nümayişləri böyük izdiham yaratmış, dünya ictimaiyyətinin həyəcanına səbəb olmuş və Verner von Braun kimi kosmik uçuşun sonrakı yaradıcıllarına böyük və davamlı təsir göstərmişdi. Kosmosun tədqiqi üçün ümumi əsaslara elmi tədqiqatların inkişafı, milli nüfuz, müxtəlif millətləri birləşdirmək, bəşəriyyətin gələcəkdə sağ qalmasını təmin etmək, digər ölkələrə qarşı hərbi və strateji üstünlüklər yaratmaq daxildir.

Kosmosun tədqiqinin ilk dövrü Sovet İttifaqı və ABŞ arasında "Kosmik Yarışı" ilə əlaqədar idi. 4 oktyabr 1957-ci ildə Sovet İttifaqının Sputnik 1-in Yer orbitinə ilk insan yaratdığı obyektin çıxarılması və 20 iyul 1969-cu ildə Amerikanın Apollon 11 missiyası tərəfindən Aya ilk enişi çox vaxt bu ilkin dövr üçün əlamətdar məqamlar kimi qəbul edilir. Sovet kosmik proqramı 1957-ci ildə orbitdə ilk canlı varlıq, 1961-ci ildə ilk insanın kosmosa uçuşu (Vostok 1 -də Yuri Qaqarin), 18 mart 1965-ci ildə açıq kosmosa çıxış (Aleksey Leonov tərəfindən), 1966-cı ildə başqa bir göy cisminə avtomatik eniş və 1971-ci ildə ilk kosmik stansiyanın (Salyut 1) buraxılması.daxil olmaqla bir çox ilk nailiyyətlər əldə olundu. Tədqiqin ilk 20 ilindən sonra diqqət birdəfəlik uçuşlardan Speys Şattl proqramı kimi çoxdəfəli hava gəmilərindən istifadə olunmağa başlamış və rəqabət Beynəlxalq Kosmik Stansiyanın (ISS) yaradılması ilə əlaqədar olaraq əməkdaşlığa keçmişdi.

2011-ci ilin martında STS-133 -dən sonra ISS-nin əhəmiyyətli dərəcədə tamamlanması ilə ABŞ-nin kosmos tədqiqatı planları dəyişməz olaraq qalır. Buş Administrasiyasının "Bürc" proqramına əsasən 2020-ci ilə qədər Aya qayıdış proqramı 2009-cu ildə niyyətlə bağlı hesabat verən ekspertlər heyəti tərəfindən maliyyə baxımından qeyri-adekvat və qeyri-real hesab edilmişdir. Obama Administrasiyası 2010-cu ildə "Bürc" proqparımına yenidən baxmaqla, 2020-ci ildən sonra da genişləndirilməsini nəzərdə tutan, aşağı Yer orbitindən (AYO) kənarda ekipajlı missiyalar üçün imkanların inkişafına diqqət yetirmək, insan ekipajları üçün daşıyıcı raketlərin istifadə olunmasının, NASA-dan şəxsi sektora dəyişdirilməsini, AYO-dan kənara missiyaların həyata keçirilməsi üçün texnologiyaların inkişafını, Fobos və Mars orbitlərinin tədqiq edilməsini təkllif etdi.

2000-ci illərdə Hindistan Chandraayan 1 -i işə saldıqda Çin uğurlu ekipajlı kosmos uçuşu proqramına başladı, Avropa Birliyi və Yaponiya da gələcək ekipajlı kosmik missiyaları planlaşdırdılar. Çin, Rusiya və Yaponiya 21-ci əsrdə Aya ekipajlı missiyaları, Avropa İttifaqı isə 20 və 21-ci əsrlərdə həm Aya, həm də Marsa ekipajlı missiyaları göndərmək niyyətini açıqladı.

1990-cı illərdən etibarən şəxsi maraqlar kosmik turizmi və daha sonra Ayın ictimai məkanının tədqiqini təşviq etməyə başladı (Lunar X Mükafatı). Kosmosa maraq göstərən tələbələr KTİT (Kosmosun Tədqiqi və İnkişafı uğrunda Tələbələr) birliyini yaratdılar. SpaceX hazırda hava uçuşlarını dəyərini kifayət qədər azalda biləcək və planetləri tədqiq etməyə imkan verə bilən tam təkrar istifadə oluna bilən orbital daşıyıcı aparatı olan Starship-in üzərində işləyir.

Tədqiqin tarixi alt=A dark blue shaded diagram subdivided by horizontal lines, with the names of the five atmospheric regions arranged along the left. From bottom to top, the troposphere section shows Mount Everest and an airplane icon, the stratosphere displays a weather balloon, the mesosphere shows meteors, and the thermosphere includes an aurora and the Space Station. At the top, the exosphere shows only stars.|left|thumb| Əksər orbital uçuşlar əslində atmosferin yuxarı təbəqələrində, xüsusən də termosferdə baş verir (miqyasda deyil) thumb| 1950-ci ilin iyulunda Florida ştatının Kanaveral burnundan ilk Bamper raketi buraxıldı. Bumper, WAC Korporal raketi ilə örtülmüş Müharibədən sonrakı V-2 -dən ibarət iki mərhələli raket idi. O, demək olar ki, 400 km-ə qədər o zaman rekord yüksəkliklərə çata bilərdi. General Electric şirkəti tərəfindən buraxılan bu Bamper əsasən raket sistemlərinin sınaqdan keçirilməsi və atmosferin yuxarı hissəsində tədqiqatlar üçün istifadə edilmişdir. Onlar havanın temperaturu və kosmik şüaların təsirləri daxil olmaqla, atributları ölçməyə imkan verən kiçik faydalı yüklər daşıyırdılar.

Teleskop İlk teleskopun 1608-ci ildə Hollandiyada Hans Lipperşey adlı eynək ustası tərəfindən icad edildiyi deyilir. "Orbiting Astronomical Observatory" 27 dekabr 1968-ci ildə buraxılmış ilk kosmik teleskopu idi. 2 fevral 2019-cu il tarixinə 3891 təsdiqlənmiş ekzoplanet aşkar edilib. Süd Yolunda 100–400 milyard ulduz və 100 milyarddan çox planet olduğu təxmin edilir. Müşahidə edilə bilən kainatda ən azı 2 trilyon qalaktika var. GN-z11 Yerdən ən uzaqda yerləşən obyektdir və 32 milyard işıq ili uzaqlıqda olduğu bildirilir.

Kosmosa ilk uçuşlar thumb| Sputnik 1, ilk süni peyk 215km-dən 939 km-ə qədər hündürlükdə Yer ətrafında dövr etdi. 1957-ci ildə və tezliklə Sputnik 2 kosmosa buraxıldı. thumb|Apollo CSM Ay orbitində thumb| Apollo 17 astronavtı Harrison Schmitt Buğa-Littrovda bir qayanın yanında dayanır. 1949-cu ildə "Bumper-WAC" yüksəkliyə çatdı. NASA-ya görə kosmosa çıxan ilk insan istehsalı olan obyekt oldu, baxmayaraq ki, V-2 Rocket MW 18014 Karman xəttini daha əvvəl, 1944-cü ildə keçmişdi.

İlk uğurlu orbital buraxılış 4 oktyabr 1957-ci ildə Sovet İttifaqının Sputnik 1 ("Peyk 1") süni peyki oldu. Peykin çəkisi təxminən idi və təxminən hündürlükdə Yerin orbitində fırlandığı güman edilirdi. Onun iki radio vericisi var idi (20 və 40MHz), bütün dünyada radiolar tərəfindən eşidilə bilən "bip" səslərini yaydı. Radio siqnallarının təhlili ionosferin elektron sıxlığı haqqında məlumat toplamaq üçün istifadə edildi, temperatur və təzyiq məlumatları isə radio siqnallarının müddətində kodlaşdırıldı. Nəticələr peykin meteoroid tərəfindən deşilmədiyini göstərdi. Sputnik 1 R-7 raketi ilə buraxılıb. Süni peyk 3 yanvar 1958-ci ildə yenidən Yer atmosferinə daxil olduqdan sonra yandı.

İnsanın kosmosa ilk uçuşu İnsanın kosmosa ilk uğurlu uçuşu 12 aprel 1961-ci ildə 27 yaşlı rus kosmonavtı Yuri Qaqarini daşıyan Vostok 1 ("Şərq 1") ilə olmuşdur. Kosmik gəmi təxminən 1 saat 48 dəqiqə davam edən dünya ətrafında bir dövrəni tamamladı. Qaqarinin uçuşu bütün dünyada rezonans doğurdu; bu, qabaqcıl Sovet kosmik proqramının nümayişi idi və kosmosun tədqiqində insanın kosmosa uçuşu kimi tamamilə yeni bir dövr açdı:

Kosmik obyektlərin İlk astronomik tədqiqatları Başqa bir göy cisminə çatan ilk süni obyekt 1959-cu ildə Aya çatan Luna 2 idi. Başqa bir göy cisminə ilk yumşaq eniş 3 fevral 1966-cı ildə Luna 9-un Aya enməsi ilə həyata keçirilmişdir. Luna 10 3 aprel 1966-cı ildə Ayın orbitinə daxil olaraq Ayın ilk süni peyki oldu.

İnsan heyətindən ibarət olan başqa bir eniş edən aparat 20 iyul 1969 ildə Aya eniş edən Apollon 11 gəmisi oldu. 1969-cu ildən 1972-ci ildəki son insan enişinə qədər Aya insanların eniş etdiyi cəmi altı kosmik gəmi olub.

İlk planetlərarası uçuş 1961-ci ildə Venera 1-in Veneraya uçuşu idi. 1962-ci il Mariner 2 Venera haqqında məlumatları əldə edən ilk uçuş idi (ən yaxın məsafə 34.773 kilometr). Pioneer 6 16 dekabr 1965-ci ildə orbitə buraxılan Günəşin orbitinə çıxan ilk peyk idi. Digər planetlər ilk dəfə 1965-ci ildə Mars Mariner 4, 1973-cü ildə Yupiter Pioneer 10, 1974-cü ildə Merkuri Mariner 10, 1979-cu ildə Saturn Pioneer 11, 1986-cı ildə Uran Voyager 2, 1989-cu ildə Neptun Voyager 2 tərəfindən tədqiq edildi.

Başqa bir planetdən ən azı məhdud səth məlumatlarını qaytarmaq üçün ilk planetlərarası yer missiyası 1970-ci ildə Venera 7-nin enişi idi və Veneradan Yerə 23 dəqiqə ərzində məlumat göndərildi. 1975-ci ildə Venera 9 ilk dəfə başqa bir planetin səthindən şəkilləri ötürdü. 1971-ci ildə Mars 3 missiyası Marsa ilk yumşaq eniş etdi və məlumatları təxminən 20 saniyəyə Yerə ötürdü. Daha sonra, 1975-ci ildən 1982-ci ilə qədər Viking 1 ilə Marsın səthində altı ildən çox fəaliyyət göstrəmişdi. Sovet istehsalı olan Venera 13 iki saat ərzində Veneranın səthindən məlumatlar ötürmüşdü. Venera və Mars Yerdən kənarda insanların pilotsuz robot kosmik gəmiləri ilə yer missiyaları yerinə yetirdiyi iki planetdir.

İlk kosmik stansiya Salyut 1 19 aprel 1971-ci ildə Sovet İttifaqı tərəfindən aşağı Yer orbitinə buraxılmış ilk kosmik stansiya idi. Hazırda isə Beynəlxalq Kosmos Stansiya 2000-ci ildən davamlı olaraq mövcud yeganə tam işlək kosmik stansiyadır.

İlk ulduzlararası kosmosa uçuş Voyager 1 25 avqust 2012-ci ildə Günəş sistemini ulduzlararası kosmosa tərk edən ilk insan tərəfindən yaradılan obyekt oldu. Zond ulduzlararası kosmosa daxil olmaq üçün 121 AB-də heliopozdan keçdi.

Yerdən ən uzaqda Apollon 13 uçuşu Ay səthindən yüksəklikdə və 400.171km Yerdən uzaqlıqda Ayın arxa tərəfinə keçdi., 1970-ci ildə insanların indiyə qədər Yerdən səyahət etdiyi ən uzaq məsafə olmuşdur.

Voyager 1, 01 yanvar 2019-cu il tarixinə, məsafədədir. Bu Yerdən 21,708 milyard kilometr məsafədə olaraq insan tərəfindən yaradılmış ən uzaq yerləşən obyektdir.

GN-z11 Yerdən ən uzaqda bilinən obyektdir və 13,4 milyard işıq ili uzaqlıqda olduğu bildirilir.

Erkən kosmos tədqiqatlarında iştirak etmiş əsas insanlar Yer atmosferindən kənar yerlərə getmək arzusu Jül Vern və H.Q.Uellsin fantastikasına əsaslanmış və bu arzunu həyata keçirmək üçün raket texnologiyası hazırlanmışdır. Alman V-2 itələmə və material itkisi problemlərini aradan qaldıraraq kosmosa çıxan ilk raket idi, İkinci Dünya müharibəsinin son günlərində bu texnologiya həm amerikalılar, həm Sovetlər tərəfindən əldə keçirildi. Texnologiyanın gələcək inkişafı üçün ilkin hərəkətverici qüvvə, nüvə silahının çatdırılması üçün uzun mənzilli daşıyıcı kimi istifadə ediləcək qitələrarası ballistik raketlərin hazırlanması istiqamətində silah yarışı oldu. Lakin 1961-ci ildə Sovet İttifaqı kosmosa ilk insanı göndərəndə, Birləşmiş Ştatlar sovetlərlə "Kosmos Yarışı"nda rəqabətə başladı.

Konstantin Tsiolkovski, Robert Qoddard, Hermann Obert və Reinhold Tiling 20-ci əsrin ilk illərində raket texnikasının əsasını qoydular.

Verner von Braun Nasist Almaniyasının İkinci Dünya müharibəsi zamanı V-2 raket layihəsinin aparıcı raket mühəndisi idi. Müharibənin son günlərində o, alman raket proqramında işləyən işçi heyətini Amerika qoşunlarına tərəf apardı, burada onlar təslim oldular və raketlərin hazırlanması üzərində işləmək üçün ABŞ-a gətirildilər ("Kağız sancağı" əməliyyatı). O, Amerika vətəndaşlığını aldı və ilk Amerika peyki olan Explorer 1-i hazırlayan və kosmosa göndərən komandaya rəhbərlik etdi. Von Braun daha sonra Saturn V peyk raketini hazırlayan NASA-nın Marşal Kosmik Uçuş Mərkəzində komandaya rəhbərlik etdi.