Medison Lilli Beyli (; ) — amerikalı aktrisa.

Həyatı Beyli 29 yanvar 1999-cu ildə Şimali-Karolina ştatının Kernersvill şəhərində anadan olub Çarlestonda böyümüşdür. Üç qardaşı və üç bacısı var. Böyük ögey qardaşı Orion Beyli, böyük ögey bacısı Triniti Beyli, kiçik ögey qardaşı Meraki Beyli, kiçik bacısı Kendra Beyli və qardaşı Maykl Beylidir. İlk ailəsi Afrika və İtaliya əsilli idi. Övladlığa götürüldüyü ailəsi isə ağdərilidir. Ögey anası 2018-ci ildə vəfat etmişdir. Beyli Kerensvilldə Şəqri Forsit tam orta məktəbini bitirmişdir.

Karyerası Beyli əvvəlcə müğənni olmaq istəyirdi. Amma tamaşaçıların qarşısında mahnı oxuyanda səhnə qorxusu yaşadıqdan sonra 15 yaşında aktrisa və model karyerasına başladı. Profesional aktrisalıq karyerasına 2015-ci ildə "Xanım Mersedes" və "Konstantin" seriallarında rol alaraq başladı.2018-ci ildə CW telekanalında yayımlanan "Qara işıqlandırma" elmi fantastika serialının iki mövsümündə Vendi Hernandez rolunu canlandırmışdır. İlk mövsümü 2020-ci ildə Netflix-də yayımlanan "Xarici banklar" serialında Kiara "Kay" Kerrara rolunda yer almışdır.

Şəxsi həyatı Beyli panseksualdır.

Filmoqrafiya İlBaşlıqRolQeyd2015ConstantineCaroline2015Swamp MurdersMary Hold Bear2017Mr. MercedesChloe2017Murder Chose MeAngela Henry2 seriya2018Night Club SecretsJackie2018Two RoadsZoe2018-19Black LightningWendy Hernandez6 seriya2019CreepshowCarla2020Council of DadsJules3 seriya2020–26Outer BanksKiara CarreraBaş rol; 20 seriya2020Impractical Jokers: The MovieBowling Alley Girl2021American Horror StoriesKelleySeriya: "Drive In"TBATime CutTBA

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları