Aleksandr Alekseyeviç Agin (; ) — Rusiya qrafika rəssamı. O, Rusiya realist illüstrasiyasının banilərindən biri olmuşdur.

Həyatı Aleksandr Agin 1817-ci ildə Rusiya imperiyasında, Pskov quberniyasının Novorjev qəzasında anadan olmuşdur. O, 1834–1839-cu illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuşdur. Agin burada Karl Bryullovdan dərs almışdır. O, Yevgeni Qrebenka, İvan Panayev, İvan Turgenev və başqalarının əsərlərinə illüstrasiya çəkmişdir. Onun 1846–1847-ci illərdə Nikolay Qoqolun "Ölü canlar" romanına çəkdiyi 104 illüstrasiya Aginin ən yaxşı işi hesab olunur. Agin senzura tərəfindən təqib olunduğundan 1853-cü ildə Kiyev şəhərinə köçmüşdür. Onun əsərlərində ictimai kəskinlik, prixoloji xarakteristika, plastika, kompozisiya bütövlüyü və s. güclüdür.

İstinadlar

Əlavə ədəbiyyat

Агин, Александр Алексеевич // Словарь русскихъ художниковъ. — Сост. Собко, Николай Петрович. — Т. 1. — Вып. 1. — СПб., 1893. — Стлб. 36—39. Кузьминский К. С. Художник-иллюстратор А. А. Агин. — М., 1923.

Курбатов, Владимир Яковлевич А. А. Агин. Л., 1979. Стернин, Григорий Юрьевич Александр Алексеевич Агин. 1817—1875, М., 1955. К вершинам искусства Ал. Алтаев (Маргарита Владимировна Емщикова-Алтаева), изд. «Детская литература», М., 1964. 104 рисунка к поэме Н. В. Гоголя «Мертвые души» . Рисовал А. Агин. Гравировал Бернадский. Четвёртое издание. Вступительная ст. Н. Лескова. СПб. Типография Министерства Путей Сообщения. 1893 г. 106с., илл. Мягкий издательский переплет. Большой формат 32 х 25,5 см. Борщаговский А. М. Портрет по памяти. — М.: Советский писатель, 1986. — 336 с.

Xarici keçidlər

Александр Агин

Kateqoriya:XIX əsr Rusiya rəssamları