Soyuqbulaq — Azərbaycan Respublikasının Laçın rayonunun Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Soyuqbulaq kəndi Qarabağ yaylasındadır. XIX əsrdə Qarıqişlaq kəndinə məxsus binələrdən biri olmuşdur. Sonralar həmin kənddən ailələr binədə daimi məskən salmışlar. Yaşayış məntəqəsi oradakı soyuq sulu bulağın adını daşıyır.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri