Laysla de Oliveriya (; ) — kanadalı aktrisa.
Bioqrafiya Oliveriya Ontario bölgəsinin Toronto şəhərində braziliya əsilli ailədə dünyaya gəlmişdir. Modellik karyerasına 14 yaşında başladı. Uşaq vaxtlarında həmişə aktrisa olmaq istəyirdi. Rosedale Heights incəsənət məktəbində dram və rəqs təhsili aldı. Universitetdə oxuyanda isə ilk aktrisalıq fəaliyyətinə başladı.
Bir neçə televiziya filmində rol aldıqdan sonra 2017-ci ildə Natti Zavitin romantik-dram janrlı "Tanış olma" filmində Emma rolunu canlandırdı. Filmin premyerası 1 dekabr 2018-ci ildə Vistler film festivalında baş tutdu.
2018-ci ilin avqust ayında Stiven Kinq və Co Hillin romanına əsaslanan Netflix qorxu filmi "Uzun otların içində" filmində Beki Demut rolunda yer aldı. Film 4 oktyabr 2019-cu ildə Netflix-də yayımlandı.
Oliveriya filmin çəkilişləri zamanı Torontoda olanda Atom Eqoyan ilə görüşdü. Beləcə "Fəxri qonaq" filminin baş rolu üçün seçildi. Filmin premyerası 3 sentyabr 2019-cu ildə Venedik film festivalında baş tutdu.
Oliveriya 2019-cu ilin fevral ayında eyniadlı komiksə əsaslanan Netflix serialı "Kilid və açar" serialında Doc rolunda yer aldı. Serialın ilk mövsümü 7 fevral 2020-ci ildə Netflix-də yayımlandı.
Filmoqrafiya
Film İlBaşlıqRolQeyd2013QotikaTessaTelefilm2016Bizə tərəfMariaQısa film2016Amerikalı qız: Xilasetmə üçün LiPaula Ferreira2017Yalen hamıya qarşıAncelaTelefilm2018Tanış olmaEmma2018Bir-birLita2019Fəxri qonaqVeronika2019Biznes etikalarıRoza2019Uzun otların içindəBeki Demut2019Kod 8Maddi
Televiziya İlBaşlıqRolQeyd2012Gizli işlərYohanna PitersEpizod: "Qorxunc canavarlar (və Super sürünənlər)"2013NikitaBettinaEpizod: "Cəsarəti yeni dünya"2018iZombiZoe VordEpizod: "Oyunçuya nifrət etməyin, beyinə nifrət edin"2018–19İstedadlıQlouEpizod: "afterMath" Epizod: "meMento" Epizod: "teMpted"2020-ci ildənKilid və açarƏks-səda/DocBaş rol
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:Kanada aktrisaları