Oğuldərə — Azərbaycan Respublikasının Laçın rayonunun Oğuldərə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Oğuldərə kəndi Qorçu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Oğuldərə kənd Soveti yaradılmışdır.

Tarixi 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Oğuldərə kəndi mahalın bir hissəsi olmuşdur.Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об. Kürdüstan qəzası ləğv edildikdən sonra Oğuldərə Laçın rayonunun tərkibinə daxil edilmişdir.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Əhalisi Kəndin əhalisi türk mənşəlidir.

Tanınmış şəxsləri Müseyib Əfəndi (İlyasov) (1884–1944) — ADR-in maarif müdiri. Ağa Laçınlı (1940–2007) — Azərbaycanlı şair, pedaqoq.

İstinadlar 9. https://memorial.az/az/qehremanlarimiz/919

Xarici keçidlər Otuz ildən sonra dağlarda cığır açanlar — Laçından ilk VLOG

Kateqoriya:Laçın rayonunun kəndləri