Qara Mehmed Paşa (ö. 12 dekabr 1810) — Osmanlı sultanı II Mahmud dönəmində kaptan-ı dərya olan dövlət xadimi.
Kaptan-ı dərya Kiçik Hüseyn Paşanın kəndxudası olub, 1810-cu ildə baş miraxur, 18 noyabr 1810-cu ildə kaptan-ı dərya təyin edildi. Ancaq təyinatının dördüncü günü ağır xəstəliyə tutuldu və 12 dekabr günü vəfat etdi. Cənazəsi Əyyubsultanda Kiçik Hüseyn Paşanın yanına dəfn edilmişdir.
Mənbə
Sicill-i Osmani IV cild, səh. 32.
İstinadlar
Kateqoriya:Osmanlı paşaları