Kürəkən Əli Paşa (ö. aprel 1744) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Atası II Mustafa və III Əhməd dönəmlərində xidmət etmiş Qoca Abdi Paşa (ö. 13 noyabr 1722) idi. Müxtəlif dövlət vəzifələrində xidmət etdikdən sonra 1734-cü ilin dekabrında Əyriboz qalasının mühafizəsiylə vəzifələndirildi. Ardından 1737-ci ildə Diyarbəkir, 1738-ci ildə Rumeli, 1740-cı ildə Şam bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 30 aprel 1740-cı ildə Sultan Əhmədin qızlarından Salehə Sultanla nigahlandı.

1742-ci ildə yenidən Diyarbəkir bəylərbəyi təyin edildi və 1744-cü ilin aprelində vəfat etdi. Öncəki evliliyindən Abdi Paşa adlı oğlunun, Salehə Sultandan isə Xədicə xanım Sultan adlı bir qızının olduğu bilinir.

Övladları

Abdi Paşa Xədicə xanım Sultan (?-?) — Bığlı Mehmed Paşa və Fatma xanım Sultanın (IV Muradın nəvəsi) oğlu Səid Mehmed bəylə evləndi və 1 oğlu dünyaya gəldi. Seyid Xəlil bəy (?-6 aprel 1782)

Mənbə

Sicill-i Osmani I cild, səh. 299

İstinadlar