Qəmbər Əbdül oğlu Zülalov () — Azərbaycan xanəndəsi və aktyoru, Azərbaycan SSR əməkdar artisti (1958).
Həyatı thumb|right|250px|Qəmbər Zülalov səhnədə Atası Əbdül Zülalov 1898-ci ildə vəfat etdikdən sonra onu və böyük qardaşı olan Əli Zülalovu əmisi Əbdülbağı Zülalov (Bülbülcan) himayəsinə götürmüşdür. Onlar bir neçə il Türkmənistanın Aşqabad şəhərində əmisinin yanında yaşamışlar. Müğənniliyə 1917-ci ildə Şuşada başlamışdır. Şirin və məlahətli, yumşaq və orta tembrli səsi vardı. Bir müddət Şuşada xanəndəlik və müğənnilik etdikdən, müəyyən həvəskar tamaşalarında opera və operetta rolları oynadıqdan sonra 1919-cu ildə Bakıya gəlmişdir. 1926–1975-ci illərdə qısa fasilələrlə Azərbaycan Opera Teatrının solisti olmuş, burada Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" operalarında Məcnunun atası, paşa, Nadir partiyalarını ifa etmişdir. Operanın inkişafında göstərdiyi xidmətlərinə görə 26 aprel 1958-ci ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 80 yaşında fəxri təqaüdə çıxmışdır.Bir nəslin hekayəti . Flora Xəlilzadə. "Azərbaycan", 14 avqust 2012
Nəsil şəcərəsi
İstinadlar
Kateqoriya:Zülalovlar Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Şuşa musiqiçiləri Kateqoriya:XIX əsr Azərbaycan musiqiçiləri Kateqoriya:XX əsr Azərbaycan musiqiçiləri Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Xanəndələr