Məhəmməd Yunus () — banqladeşli sosial sahibkar, bankir, iqtisadçı və vətəndaş cəmiyyəti lideri.

Grameen Bankını təsis etdiyinə, mikrokredit və mikromaliyyə konsepsiyalarına öncülük etdiyinə görə Nobel sülh mükafatına layiq görülmüşdür. Bu kreditlər ənənəvi bank kreditlərini ala bilməyəcək qədər yoxsul sahibkarlara verilir. Yunus və Grameen Bank birlikdə "təməldən iqtisadi və sosial inkişafı yaratmaq üçün mikro kreditlər sahəsində göstərdikləri səylərə görə" Nobel sülh mükafatına layiq görülüblər. Norveç Nobel Komitəsi bildirib ki, "əhalinin böyük qrupları yoxsulluqdan qurtulmağın yollarını tapmasa, davamlı sülh əldə edilə bilməz", "mədəniyyətlər və sivilizasiyalar arasında Yunus və Grameen Bank göstərdilər ki, hətta ən yoxsul təbəqə belə öz inkişafını təmin etmək üçün çalışa bilər". Yunus bir sıra digər milli və beynəlxalq mükafatlara layiq görülüb. 2009-cu ildə ABŞ-nin Prezident Azadlıq medalı və 2010-cu ildə Konqresin Qızıl medalı ilə təltif olunub."House and Senate Leaders Announce Gold Medal Ceremony for Professor Muhammad Yunus" , Press Release, US Congress

2008-ci ildə "Foreign Policy" jurnalının "Top 100 Global Thinkers" siyahısında 2-ci yerdə qərarlaşıb.FP Top 100 Global Thinkers

2011-ci ilin fevral ayında Yunus Saskiya Bruysten, Sopfia Eysenmann və Hans Reytz ilə birlikdə Yunus Social Business – Global Initiatives (YSB) şirkətini təsis edir. YSB bütün dünyada sosial problemləri həll etmək üçün sosial biznesləri yaradır və onlara səlahiyyətlər verir. Yunusun yeni, humanist kapitalizm vizyonunun beynəlxalq icra qolu kimi, YSB inkişaf etməkdə olan ölkələrdə sosial bizneslər üçün inkubator fondlarını idarə edir və şirkətlərə, hökumətlərə, fondlara və QHT-lərə məsləhət xidmətləri göstərir.

2012-ci ildə Şotlandiyanın Qlazqo Kaledoniya Universitetinin rektoru olub, 2018-ci ilə qədər bu vəzifəni tutub. Əvvəllər o, Banqladeşin Çittaqonq Universitetində iqtisadiyyat üzrə professor olub. Maliyyə işi ilə bağlı bir neçə kitabı nəşr edilib. O, mikrokreditləri dəstəkləyən Grameen America və Grameen Foundation-ın təsis heyətinin üzvüdür.

2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yunus Sosial Biznes Mərkəzi yaradılıb. 2024-cü ilin mart ayında Məhəmməd Yunusun iştirakı ilə mərkəzin açılışı olub. Məhəmməd Yunus 2017-ci ildən UNEC-in Fəxri doktorudur. 2024-cü ilin mart ayından isə UNEC rektorunun müşaviridir.

Yunus eyni zamanda 1998-ci ildə amerikalı xeyriyyəçi Ted Törnerin BMT-nin işlərinə dəstək üçün 1 milyard dollarlıq hədiyyə etdiyi ictimai xeyriyyə təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının direktorlar şurasında işləyir.United Nations Foundation , additional text.

Erkən həyatı və təhsili thumb|Yunus skaut kimi, 1953-cü ildə. thumb|Yunus 2003-cü ildə Çittaqonq Kollecini ziyarət edərkən.

Erkən illəri Doqquz uşağın üçüncüsü olan Məhəmməd Yunus 28 iyun 1940-cı ildə indiki Banqladeşin Britaniya Hindistanı Benqal Prezidentliyinin Çittaqonq əyalətinin Hathazari şəhərində Kaptai yolunun kənarındakı Bathua kəndində benqal müsəlman ailəsində anadan olmuşdur. Atası zərgər olan Həzi Dula Mia Şoudaqar, anası isə Sufiya Xatundur. Uşaqlığının erkən illəri kənddə keçib. 1944-cü ildə ailəsi Çittaqonq şəhərinə köçür və o, kənd məktəbindən Lamabazar ibtidai məktəbinə keçir. 1949-cu ildə Yunusun anası psixoloji xəstəlikdən əziyyət çəkirdi. Daha sonra o, Şərqi Pakistanda 39,000 tələbə arasından 16-cı yerə çıxmaqla Chittagong Collegiate School-nun buraxılış imtahanından keçdi. Daha sonra Yunus Çittaqonq Kollecində oxuyarkənbir çox fəaliyyət sahələrində uğur qazanır, dramaturgiya üzrə mükafatlara yiyələnir. 1957-ci ildə Dəkkə Universitetinin İqtisadiyyat fakültəsinə daxil olaraq, 1960-cı ildə bakalavr, 1961-ci ildə isə magistr dərəcəsini bitirib.

Məzun olduqdan sonra Məzun olduqdan sonra Yunus Nurul İslam və Rəhman Sobhanın İqtisadiyyat Bürosunda iqtisadiyyat araşdırmaları üzrə elmi işçi kimi işə başlayıb. Daha sonra 1961-ci ildə Çittaqonq Kollecində iqtisadiyyatdan dərs verməyə başlayır. Bu müddət ərzində o, gəlirli qablaşdırma fabriki də qurdu. 1965-ci ildə ABŞ-də təhsil almaq üçün Fulbrayt təqaüdü aldı. O, 1971-ci ildə Vanderbilt Universitetinin İqtisadi İnkişaf üzrə Məzun Proqramında (GPED) iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi alıb. in 1971.Yunus to receive Nichols-Chancellor's Medal , Vanderbilt News, 12 March 2007; Retrieved: 9 September 2007 1969–1972-ci illərdə Yunus Merfrisborodakı Midl Tennessi Dövlət Universitetində iqtisadiyyat kafedrasının dosenti olub.

1971-ci ildə Banqladeş istiqlal müharibəsi zamanı Yunus vətəndaş komitəsini yaradaraq, azadlıq üçün dəstəyi artırmaq üçün ABŞ-dəki digər Banqladeşlilərlə birlikdə Banqladeş İnformasiya Mərkəzini idarə etməyə başladı O, həmçinin Neşvilledəki evindən Banqladeş Xəbər bülleteni də nəşr etdi. Müharibədən sonra o, Banqladeşə qayıdaraq, Nurul İslamın rəhbərlik etdiyi hökumətin Planlaşdırma Komissiyasına təyin edildə də, tutduğu vəzifəsinin onun üçün darıxdırıcı olması səbəbi ilə, Çittaqonq Universitetində İqtisadiyyat kafedrasının müdiri vəzifəsində işləməsi üçün istefa verdi. 1974-cü ildəki aclığı müşahidə etdikdən sonra o, yoxsulluğun azaldılması ilə məşğul oldu və tədqiqat layihəsi kimi kənd iqtisadiyyatı proqramı qurdu. 1975-ci ildə o, hökumətin Paketli Giriş Proqramı kimi qəbul etdiyi Nabajuq (Yeni Era) Tebhaqa Xamar (üç paylı ferma) inkişaf etdirdi. Layihəni daha effektiv etmək üçün Yunus və onun tərəfdaşları Qram Sərkar (kənd hökuməti) proqramını təklif etdilər. 1970-ci illərin sonunda prezident Zyaur Rəhman tərəfindən qurulan hökumət 2003-cü ildə hökumətin dördüncü təbəqəsi kimi 40,392 kənd hökumətini formalaşdırdı. 2 avqust 2005-ci ildə Banqladeş Legal Aids and Services Trust (BLAST) təşkilatının müraciətinə cavab olaraq Ali Məhkəmə kənd hökumətlərini qeyri-qanuni və konstitusiyaya zidd elan etdi.

Onun bir çox inkişaf etməkdə olan ölkələrdə innovatorları dəstəkləmək üçün mikrokredit konsepsiyası, həmçinin Info lady sosial sahibkarlıq proqramı kimi proqramlara ilham verdi.

Erkən karyerası thumb|right|Mirpur-2-də Grameen Bankın Baş ofisi, Dəkkə 1976-cı ildə Çittaqonq Universitetinin yaxınlığındakı Cobra kəndindəki ən yoxsul ailələrə baş çəkərkən Yunus aşkar etdi ki, çox kiçik kreditlər yoxsul insanlar üçün qeyri-mütənasib fərq yarada bilər. Bambukdan mebel düzəldən kənd qadınları bambuk almaq üçün sələm yolu ilə kredit götürməli və qazanclarını borc verənlərə ödəməli olurdular. Ənənəvi banklar default riskinin yüksək olması səbəbindən yoxsullara ağlabatan faizlə kiçik kreditlər vermək istəmirdilər. Lakin Yunus hesab edirdi ki, imkan verilsə, kasıblar pulu qaytaracaq və ona görə də mikrokreditlər əlverişli biznes modelidir. Yunus pulunun 27 ABŞ dollarını kənddə yaşayan 42 qadına borc verir və onlar kreditdən hər biri 0,50 banqladeş takası (0,02 ABŞ dolları) gəlir əldə edirlər. Belə ki, mikrokredit ideyası Yunusa məxsusdur.

1976-cı ilin dekabrında Yunus nəhayət, Cobrada yoxsullara borc vermək üçün Canata Bank hökumətindən kredit götürür. Qurum layihələri üçün digər banklardan kreditlər alaraq fəaliyyətini davam etdirir. 1982-ci ilə qədər onun 28.000 üzvü var idi. 1 oktyabr 1983-cü ildə pilot layihə yoxsul Banqladeşlilər üçün tam hüquqlu bank kimi fəaliyyətə başladı və adı dəyişdirilərək Grameen Bank ("Kənd Bankı") oldu. 2007-ci ilin iyul ayına qədər Grameen 7,4 milyon borcalana 6,38 milyard ABŞ dolları vermişdi."GB at a glance" , Muhammad Yunus, Grameen Info. Retrieved 9 September 2007 Ödənişi təmin etmək üçün bank "həmrəylik qrupları" sistemindən istifadə edirdi. Bu kiçik qeyri-rəsmi qruplar kreditlər üçün birlikdə müraciət edirlər və onun üzvləri ödənişin təminatçısı kimi çıxış edir və iqtisadi özünü inkişaf etdirmək üçün bir-birlərinin səylərini dəstəkləyirlər.

1980-ci illərin sonlarında Grameen kifayət qədər istifadə olunmayan balıqçılıq gölməçələrinə və dərin boru quyuları kimi suvarma nasoslarına müraciət edərək, fəaliyyət sahələrini şaxələndirməyə başlayır. 1989-cu ildə bu çoxşaxəli maraqlar ayrı-ayrı təşkilatlara çevrilməyə başladı. Balıqçılıq layihəsi Grameen Motsho ("Grameen Balıqçılıq Fondu") və suvarma layihəsi Grameen Krishi ("Grameen Agriculture Foundation") oldu. Vaxt keçdikcə Grameen təşəbbüsü, Grameen Software Limited, Grameen CyberNet Limited və Grameen Knitwear Limited kimi səhm layihələrini idarə edən Grameen Trust və Grameen Fund kimi böyük layihələr də daxil olmaqla, çoxşaxəli gəlirli və qeyri-kommersiya müəssisələri qrupuna çevrildi. Həmçinin Grameen Telecom -un, Banqladeşin ən böyük özəl telefon şirkəti olan Grameenphone-da (GP) payı var. 1997-ci ilin mart ayından 2007-ci ilə qədər GP-nun Kənd Telefonu (Polli Telefonu) layihəsi 50.000-dən çox kənddə 260.000 kənd yoxsulunun mobil telefona sahib olmasını təmin etdi.

Grameen mikromaliyyə modelinin uğuru təxminən 100 inkişaf etməkdə olan ölkədə və hətta ABŞ da daxil olmaqla inkişaf etmiş ölkələrdə oxşar səylərə böyük güc verdi. Bir çox mikrokredit layihələri Grameen-in qadınlara borc verməsini xüsusilə diqqətdə saxlayır. Grameen kreditlərinin 94%-dən çoxu yoxsulluqdan qeyri-mütənasib şəkildə əziyyət çəkən və qazanclarını kişilərdən daha çox ailələrinə həsr edən qadınlara verilib.

Grameen ilə işinə görə, Yunus 2001-ci ildə Ashoka: Innovators for Public Global Academy ("Aşoka" fondu) üzvü seçildi. "Grameen Social Business Model" kitabında onun müəllifi Rəşidul Bari bildirib ki, Grameen-nin sosial biznes modeli (GSBM) nəzəriyyəsi dünyanın aparıcı universitetləri (məsələn, Qlazqo Universiteti), sahibkarlar (məsələn, Frank Riboud) və korporasiyalar (məsələn, Danone) tərəfindən qəbul edilmiş ruhlandırıcı təcrübəyə çevrildi. Grameen Bank vasitəsilə Rəşidul Bari iddia edir ki, Yunus Grameen Sosial Biznes Modelinin yoxsul qadınları gücləndirmək və onların yoxsulluğunu azaldaraq sahibkarlıq ruhundan necə istifadə edə biləcəyini nümayiş etdirib. Bari: "Yunusun konsepsiyalarından çıxarılması lazım olan nəticələr ondan ibarətdir ki, yoxsullar "bonsai ağacı" kimidirlər və onlar özlərini təmin etmək üçün potensialı olan sosial biznesə çıxış əldə etsələr, böyük işlər görə bilərlər." deyə bildirmişdir.

Tanınması Yunus iqtisadi və sosial inkişaf istiqamətindəki səylərinə görə Grameen Bank ilə birlikdə 2006-cı ildə Nobel sülh mükafatına layiq görüldü. Norveç Nobel Komitəsi mükafatın elanında qeyd edirdi:

thumb|left| Yunus Norveçin paytaxtı Osloda Grand hoteldə.

Məhəmməd Yunus özünü təkcə Banqladeşdə deyil, həm də bir çox başqa ölkələrdə milyonlarla insanın rifahı üçün əməli fəaliyyətdə inqilaba imza atmış lider kimi göstərdi. Heç bir maliyyə təminatı olmayan kasıb insanlara kredit vermək qeyri-mümkün bir fikir kimi görünürdü. Otuz il əvvəl təvazökar başlanğıclardan Yunus, ilk növbədə, Grameen Bank vasitəsilə mikro krediti yoxsulluğa qarşı mübarizədə getdikcə daha vacib alətə çevirdi. Yunus Nobel mükafatı alan ilk Banqladeşli olub. Əhəmiyyətli mükafat xəbərini aldıqdan sonra Yunus elan etdi ki, 1,4 milyon dollar olan (2020-ci ildə 1,8 milyon dollar ekvivalenti) mükafat pulunun bir hissəsini yoxsullar üçün ucuz, yüksək qidalı yemək hazırlaması üçün şirkət yaratmağa istifadə edəcək; qalanlarını isə doğma rayonunda Yunus Elm və Texnologiya Universitetinin yaradılmasına və Banqladeşdə yoxsullar üçün göz xəstəxanasının tikilməsinə istifadə edəcək.

ABŞ-nin keçmiş prezidenti Bill Klinton Yunusa Nobel mükafatının verilməsinin fəal müdafiəçisi olub. O, bunu "Rolling Stone" jurnalında, eləcə də "My Life" avtobioqrafiyasında ifadə edib. 2002-ci ildə Berkli Kaliforniya Universitetində etdiyi çıxışda prezident Klinton Yunusu "çoxdan İqtisadiyyat üzrə Nobel mükafatını almalı olan bir adam" olduğunu bildirdi və mən nəhayət bu mükafat ona verilənə qədər bunu dilləndirəcəyəm. Əksinə, "The Economist" açıq şəkildə bildirdi ki, Yunus yoxsulluqla mübarizədə səmərəli işlər görsə də, ona Sülh mükafatının verilməsi məqsədəuyğun deyil:…. Nobel komitəsi heç bir alıcının olmayacağını bəyan etməklə daha cəsarətli, daha çətin seçim edə bilərdi".

thumb|right|Yunus Davosda, İsveçrədə Dünya İqtisadi Forumunun 2009-cu il illik toplantısında