C-3PO və ya Si-Tripio () — "Ulduz müharibələri" kosmik opera franşizasında humanoid robot personaj. Personaj film seriyasının orijinal trilogiyasında, prikvel trilogiyasında və sikvel trilogiyasında nümayiş olunmuşdur. Anakin Skayvalker tərəfindən yaradılmış C-3PO etiket qaydaları və adət-ənənələrə riayət, eləcə də tərcümədə kömək etmək üçün hazırlanmış protokol droididir və onun ən təbliğ olunan xüsusiyyəti "altı milyondan çox ünsiyyət formasında səlis danış"masıdır. Astromexaniki droid yoldaşı və dostu R2-D2 ilə birlikdə C-3PO filmlərin narrativ struktura komik relyef təmin edir. Entoni Deniels personajın nümayiş olunmadığı "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) filmi istisna olmaqla bu günə qədər yayımlanan on iki "Ulduz müharibələri" filminin on birində C-3PO-nu canlandırmışdır.
Laqeyd təbiətinə baxmayaraq, C-3PO qalaktikanın tarixində mühüm rol oynamışdır. O, Şmi Skayvalker, Lars ailəsi, Padme Amidala, Beyl Orqana, Reymus Antilles, Lyuk Skayvalker, Cabba Hat və Leya Orqananın xidmətində olmuşdur. Əksər təsvirlərdə C-3PO-nun xarici görünüşü qızıl haşiyədən ibarətdir, lakin gümüşlə örtülənmiş sağ ayağı fərqlənir. C-3PO həmçinin həm kanon, həm də "Ulduz müharibələri: Əfsanələr" ardıcıllıq romanlarında, komikslərində və video oyunlarında tez-tez nümayiş edilmiş və eyni zamanda "Droidlər" animasiya teleserialının baş qəhrəmanı olmuşdur.
Yaradılma Entoni Deniels əvvəlcə C-3PO rolunu canlandırmaqdan çəkinirdi, lakin personajın süjetdəki rolunu oxuduqdan və Ralf MakKuorrinin konsepsiya əsərini görəndən sonra fikrini dəyişmişdir. C-3PO üçün ilk personaj dizaynı əsasən 1927-ci ildə çəkilmiş Almaniya elmi fantastika filmi "Metropolis" personajı olan "Maşın adam"a əsaslanırdı.Eisner, Lotte, Fritz Lang, New York: Oxford Univ. Press, 1977 Corc Lukas əvvəlcə personajı amerikan ləhcəsi ilə danışan "fırıldaqçı" kimi təsəvvür etsə də, Denielsin kastinqdə 30 digər aktyoru kölgədə qoyması ilə fikrini dəyişmişdir. C-3PO adı Corc Lukasın doğma şəhərinin xəritəsindən götürülmüşdür. "Gücün oyanması" (2015) filminin çəkilişləri zamanı C-3PO-nun sol qolu qırmızı rəngdə verilmişdir. Buna səbəb olan hallar "Marvel Comics" tərəfindən nəşr olunan "Star Wars Special: C-3PO: The Phantom Limb" adlı komiksdə təsvir edilmişdir.'
Qəbulu "Mir fantastiki" jurnalı C-3PO və R2-D2-ni "ən yaxşı robotlar" siyahısında 2-ci yerə layiq görmüşdür.
Qeydlər
İstinadlar
Xarici keçidlər
C-3PO
Kateqoriya:Uydurma robotlar Kateqoriya:Ulduz müharibələri personajları Kateqoriya:Mandalorlu personajları