Şəfa Zikri İbrahim və ya Şəfa Zikri Gərdi (; ) — kürd əsilli İraq jurnalisti və müxbiri.
Həyatı Şəfa Zikri İbrahim 1 iyul 1986-cı ildə İranın Rey şəhərində anadan olmuşdur. O, qərargahı Ərbildə yerləşən "Rudaw" telekanalında müxbir işləmişdir. Zikri İbrahim Mosul əməliyyatı zamanı müxbir kimi çalışmışdır. O, 25 fevral 2017-ci ildə, 30 yaşında, İraq müharibəsi haqqında xəbər hazırlayarkən yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində həlak olmuşdur.
İstinadlar
Kateqoriya:İraq jurnalistləri Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:İraq kürdləri Kateqoriya:Öldürülmüş jurnalistlər Kateqoriya:Kürd jurnalistlər