"Xəzər" Futbol Klubu — Lənkəran şəhərini təmsil etmiş Azərbaycan futbol klubu.

1975-ci ildə Lənkəran şəhərində yaradılıb.

1976/77-də Azərbaycan SSR Çempionatında II olub.

Müstəqillik illərində müxtəlif vaxtlarda 4 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. 1994-cü ildə futbol üzrə Azərbaycan Kubokunun finalında oynamışdır.

Azərbaycanın müstəqil futbol çempionatı keçirilməyə başladıqdan sonra Lənkəranın ilk təmsilçisi olmuş "Xəzər"in baş məşqçisi 1992-dən Ağadadaş Həmidov olmuşdur.

Uğurları

Azərbaycan SSR kuboku: Qalib (1) - 1987

Azərbaycan Kuboku: Finalçı (1) - 1993/1994

İstinadlar

Kateqoriya:Lənkəran rayonunun futbol klubları