Abdullah ibn Ümmü Məktum (, ) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, peyğəmbərin həyat yoldaşı Xədicənin əmisi oğlu, İslam tarixində ikinci müəzzin, ərəb xilafətinin dövlət xadimi və hərbi rəhbəri.

Bioqrafiya Məkkədə doğulmuşdur. Qureyş qəbiləsindən oluşdur. Anadan kor doğulmuşdur. Atasının adı Qeys ibn Zeyd, anası isə Atika binti Abdullah idi, sonra ona Ümmü Məktum (korun anası) deyirdilər.

Məhəmmədin peyğəmbərlik missiyası başlayandan sonra İslamı ilk qəbul edənlərdən biri olmuşdur. Abdullah ibn Ümmü Məktumun adı "Əbəsə" surəsinin ayələrinin Məhəmməd peyğəmbərə nazil olması ilə bağlıdır. Bir dəfə Peyğəmbər Məkkəli zadəganlara İslamın əsaslarını izah etməyə çalışırdı və bu zaman Abdullah ona Qurandan ayələri oxumaq xahişi ilə yaxınlaşır. Peyğəmbər bundan narazılığını bildirdi, sonra ayələr nazil oldu:

Dinindən dolayı təqiblərə məruz qalırı, buna görə də digər müsəlmanlarla birlikdə Mədinəyə hicrət etməli olur.

Abdullah Quranı ən yaxşı bilənlərdən biri idi. Musab ibn Umeyr ilə birlikdə Mədinə əhli arasında təbliğat işi aparır. Məhəmməd peyğəmbər Abdullah və Bilalı müəzzin təyin edir. Tez-tez Bilal azan oxuyur, Abdullah isə iqamə verir. Ramazan ayında onlardan biri Mədinə müsəlmanlarını sübh açılmazdan əvvəl son yeməyini yeməyə, digəri isə oruc tutmağa çağırırdı.

O, kor olmasına baxmayaraq, müsəlmanlarla müşriklər arasında gedən əsas döyüşlərdə iştirak etmiş, əsgərlərə hər cür köməklik göstərmiş, bayraqdar olmuşdur. Rəvayətə görə, Abdullahla bağlı Nisa (Qadınlar) surəsinin 95-ci ayəsində belə bir açıqlama nazil edilmişdir:

636-cı ildə müsəlman ordusunun farsları məğlub etdiyi Qadsiyyə döyüşündə bayraqdar kimi iştirak edir. Döyüş zamanı çoxlu sayda müsəlman həlak olur, onların arasında Abdullah ibn Ümmü Məktum da var idi.

İstinadlar

Kateqoriya:Xədicə binti Xuveylid Kateqoriya:Səhabələr Kateqoriya:Əhli-süffə Kateqoriya:Ənsarilər Kateqoriya:Quranda adı çəkilənlər