Foli adası () — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).

Coğrafiya Foley adası Foks körfəzinin şimal-şərq küncündə, Baffin Torpağının sahillərində yerləşir. 12 km enində olan Koçram boğazı adanı cənubda Şahzadə-Çarlz adasından ayırır. Adanın cənub-şərqində Er-Fors adası, şimalda Baffin Torpağı adasının Berd yarımadası yerləşir. Adanın sahəsi 637 km²-dir. Sahil xəttinin uzunluğu 153 km-dir. Adanın əksər hissəsinin relyefi alçaqdır və dəniz səviyyəsindən 20 metrdən çox deyil, adanın ən yüksək nöqtəsi şimal-şərqdə yerləşir və hündürlüyü 65 metrdir.

İstinadlar

Kateqoriya:Kanada adaları Kateqoriya:Kanada Arktik arxipelaqı