Mende () — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir.Des fouilles vers le quartier de la Vabre ont révélé la présence d'un petit village celtique de cette période. Félix Buffière, Ce tant rude Gévaudan, tome I, p. 648 O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir.
Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir.
Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.
Tarixi və coğrafiyası Lo çayı vadisində yerləşən Mende uzun müddət Lion, Overn və Lanqedokdan ticarət yollarının kəsişdiyi yer olmuşdur. Yaşayış yeri Tunc və ya hətta Mis dövründə yaranıb və Roma Qaliyası dövründə mövcud olub. Əfsanəyə görə alemanlar tərəfindən Müqəddəs Privatın şəhərdə öldürüldüyü guman edilir. Uzun müddət onun öldürüldüyü yer ziyarətgaha çevrilmişdir. Orta əsrlərdə Privatın ölüm yeri Mandanın inkişafına kömək edən ziyarət mərkəzi idi.
Şəhər ya Barselonadan, ya da Fransadan asılı idi. Yepiskop III Aldebertin hakimiyyəti dövründə (XII əsr) şəhərdə güclü istehkamlar tikildi. 1307-ci ildə yepiskop VI Giy IV Filip Gözəl ilə birgə şəhəri idarəetmə müqaviləsi bağladı. Manda iqtisadiyyatı Yüzillik müharibə zamanı ciddi zərər gördü, lakin 1368-ci ildə Lozereli V Urban şəhərdə kafedralın təməlini qoydu.
Müharibənin sonunda Mand Fransanın cənubundakı ən zəngin yeparxiyalardan birinə çevrilir. 1470-ci ildə yepiskop Antuan qraf Armanın üsyanını dəstəkləyır, nəticədə yepiskoplar bir neçə il ərzində şəhərdə dünyəvi hakimiyyətdən məhrum olurlar. 1478–1483-cü illərdə kafedrala gələcək Papa II Juli rəhbərlik etmişdir.
Fransada dini müharibələr zamanı şəhərə ciddi ziyan dəydi, kafedral yalnız 1605-ci ildə açıldı. Şəhərin yeni yüksəlişi XVII əsrin sonunda baş verir. Yepiskop sarayı bəzədildikdə isə xəstəxana da qurulur. XVIII əsrin əsas hadisəsi 1307-ci il müqaviləsinin nəhayət ləğv edildiyi Böyük Fransa inqilabı baş verir. Loser isə ilk departamentlərdən biri olur.
XIX əsrdə Mandanın yaxınlığında daşqınlardan qorunmaq üçün şam meşəsi salınır, şəhərdə dəmir yolu və elektrik işıqlandırma da çəkilir. XX əsrin əvvəllərindən yun sənayesinin tənəzzülü ilə əlaqədar iqtisadi tənəzzül baş verir. İkinci Dünya müharibəsi zamanı Mand Fransa Müqavimət Hərəkatının mərkəzlərindən birinə çevrilir. 1990-cı illərdə şəhərciyi canlandırmaq üçün layihələr hazırlanmış, külək turbini və istilik məntəqəsinin tikintisi nəzərdə tutulmuşdur.
Görməli yerlər Manda şəhərinin görməli yerləri arasında Müqəddəs Məryəm Katedrali və Müqəddəs Pyotr kilsəsi daxildir. Həmçinin bir neçə fəvvarə, XII əsr qalası, köhnə körpü, Müqəddəs Privatın mağarası, konsulluq evi, Baur qəsri də turist marşrutuna daxildir. Şəhərdə mütəmadi olaraq idman yarışları keçirilir.
Qalereya
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Mende (in French, photographs) City council website Office de Tourisme Mende
Kateqoriya:Fransa prefekturaları