Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır.Kalafat, Y. (2006). Türk Halklarında Kurt Ağzı Bağlama İnancı . Erciyes Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi , 1 (20) , 273-280 . Retrieved from https://dergipark.org.tr/tr/pub/erusosbilder/issue/23753/253078

İcrası Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar.

Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.

İstinadlar

Kateqoriya:Azərbaycan folkloru Kateqoriya:Azərbaycanın qeyri-maddi mədəni irsi Kateqoriya:Azərbaycan xalq dini