Haqq aşığı — 2021-ci ildə çəkilən sənədli film. Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. 20 oktyabr 2022-ci ildə Nizami Kino Mərkəzində premyerası olmuşdur.
Məzmun Filmdə saz-söz ustası Dədə Ələsgərin yaradıcılığı, həyat yolu haqqında professor Məhərrəm Qasımlı, ələsgərşünas alim Fəxrəddin Salim, tədqiqatçı Abbas Bağırov, Aşıq Fətulla Göyçəli, aşığın nəticəsi Xətai Ələsgərli danışmışlar.
Haqqında Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. Sənədli film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişilə "Salnaməfilm studiyası" MMC-də istehsal olunub.Şahpəri Abbasova. Aşıq Ələsgər haqqında film çəkilir . Sputnik Azərbaycan, 08.07.2021
Filmin rejissoru Nizami Abbas, ssenari müəllifi Füzuli Sabiroğludur."Salnaməfilm" studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib . azertag.az, 20.12.2021 ProRes 4444 formatında çəkilən filmin xronometrajı 52 dəqiqədir.
Filmdə Aşıq Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə edilib. Filmə bədii səhnələrlə rəng qatılıb. Filmin çəkilişləri Qarsda, Bakı şəhərində, Gədəbəy, Qazax, Kəlbəcər və başqa rayonlarında aparılıb.
20 oktyabr 2022-ci ildə Nizami Kino Mərkəzində filmin premyerası olmuşdur.
21 mart 2024-cü ildə film həm İctimai TV, həm də ARB TV-də yayımlanmışdır.
Filmin üzərində işləyənlər Füzuli Sabiroğlu — ssenari müəllifi Nizami Abbas — rejissor Üzeyir Abbas — təsvir rejissoru Mübariz Nağıyev — montaj rejissoru Şahin Həsənli — rəssam Azər Hacıəsgərli — musiqi tərtibatı Fəxrəddin Salim — məsləhətçi Rəşad Qasımov — xətt prodüseri Azad Axundov — icraçı prodüser Nazim Hüseynov — prodüser
Rollarda Aşıq Talıb — Dədə Ələsgərin kiçik oğlu (arxiv kadrlarda) Aşıq Təbriz Vəliyev — Aşıq Ələsgər rolunda
Sifarişçi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Həmçinin bax Aşıq Ələsgər (film, 1972)
İstinadlar
Kateqoriya:Aşıq Ələsgər Kateqoriya:2021-ci ilin Azərbaycan filmləri