Mosul — Azərbaycan Respublikasının Zaqatala rayonunun Mosul kənd inzibati ərazi dairəsində kənd.
Mədəniyyəti thumb|200px|Mosul kəndinin tarixi minarəsi
Kənd 9 obadan ibarətdir. Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, məscid, 2 kitabxana, futbol meydançası, müasir tipli ATS, poçt vardır.
Tarixi abidələr: 1781-ci ildə Ədür–Rəhman Bədəvi, Hüseyin və Məhəmməd Çərdəklilər tərəfindən tikilmiş məscid, 6 hücrə, 2 qədim qəbristanlıq.
Coğrafiyası və iqlimi Mosul kəndi, rayon mərkəzindən 28 km cənub–şərqdə yerləşir. Əliabad qəsəbəsi, Yengiyan və Kəpənəkçi kəndləri, cənubdan isə Alazan çayı sərhəd olmaqla Gürcüstan Respublikası ilə həmsərhəddir.
Kəndin ərazisi 2302,6 hektardir.
Əhalisi 13–22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən kənddə 2.939 nəfər (1.454 nəfəri kişilər, 1.485 nəfəri qadınlar) əhali yaşayırdı.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Zaqatala rayonu
1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən kənd əhalisi 3.009 nəfərdir.Bələdiyyələr // Zaqatala-ih.gov.az Rəsmi məlumata əsasən kənd əhalisinin əksəriyyətini azərbaycanlılar, qeyri–rəsmi məlumatlara əsasən isə ingiloylarSİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The sociolinguistic situation of the Inghiloi of Azerbaijan təşkil edir. Dini mənsubiyyəti müsəlman.
Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Mosul Bələdiyyəsi tərəfindən idarə olunur.
Əhalinin əsas məşğuliyyəti əkinçilik, fındıqçılıq və maldarlıqdır.
İstinadlar
Kateqoriya:Zaqatala rayonunun kəndləri