Helena adası () — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).

Coğrafiyası Helena böyük Baterst adasının sahillərində yerləşən çoxsaylı adalardan biridir. Ada Baterst adasından 7 kilometr şimalda, Mey və Yanq körfəzlərin əmələ gətirdiyi yarımada ilə üzbəüz yerləşir. Kiçik Seymur adası adanın qərb sahilində yerləşir.

Adanın sahəsi 326 km², sahil xəttinin uzunluğu 98 km-dir. Ada düzbucaq formalıdır, uzunluğu 39 km, eni 11 km-dir. Adanın cənub sahili sıldırım, şimal sahili daha düzdür. Hündürlük sahil zolağına qədər zərif şəkildə enir. Adanın çox hissəsini dəniz səviyyəsindən təxminən 220 metr hündürlükdə olan düz təpələr tutur.

İstinadlar

Kateqoriya:Kanada adaları Kateqoriya:Kanada Arktik arxipelaqı Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları