Robin Hud 2010-cu ildə Ridli Skottun rejissorluğu ilə çəkilmiş Britaniya-Amerika müştərək macəra filmi. Filmdə baş rollarda Russell Crowe, Cate Blanchett və Mark Strong çəkilib.
Süjet xətti
Kral Riçardın Fransada ölümü ilə oxatan Robin Lonqstride və dostları İngiltərəyə qayıdırlar. Fransanın İngiltərəni işğalına cavab olaraq, Nottingemdə Valterin atasına qarşı üsyan edirlər. Bu vaxt Robin dul qalmış xanım Ledi Mariona aşiq olur, lakin Ledi Robinə qarşı eyni hissləri yaşaya bilmir. Yaşadığı regiondakı şərlə üz-üzə qalan Robin bir dəstə yaratmağa çalışır və bu dəstə ilə həm Ledi Marionu qazanmağı, həm də baronları öldürməyi planlaşdırır.
Çəkiliş mərhələsi
Filmin üzərində 2007-ci ildən Universal Studios tərəfindən işlərə başlanılıb. Aktyor Russell Crowe 20 milyon dollara Robin Hud rolunu oynamağa razılaşdırılmışdır. Filmin çəkilişləri 2009-cu ildə İngiltərənin Şervud meşəsində aparılıb.
İstinadlar
Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngiltərə haqqında filmlər Kateqoriya:Fransa haqqında filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:2010-cu ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:ABŞ-nin döyüş-macəra filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:İngilis dilində döyüş macəra filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Böyük Britaniyanın macəra filmləri Kateqoriya:Surreydə çəkilən filmlər Kateqoriya:Scott Free Productions filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Hartfordşirdə çəkilən filmlər Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Böyük Britaniyanın döyüş filmləri Kateqoriya:Relativity Media filmləri Kateqoriya:Fransada çəkilən filmlər Kateqoriya:Orta əsrlər haqqında filmlər Kateqoriya:Tarixi filmlər