Adıça (, ) — Rusiya Federasiyasına bağlı Saxa Respublikasında çay.

Xüsusiyyətləri Yananın sağ qoludur. Uzunluğu 715 kilometr, hövzəsinin sahəsi 89,8 min kilometr2-dir. Çerski silsiləsinin qərb yamaclarından başlanır. Qar və yağış suları ilə qidalanır. Oktyabrdan maya qədər donmuş olur.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Saxa çayları