2500x2500px|thumb|Kentum (mavi) ve satem (qırmızı) dillərinin tarixi yayılması. Von Bradkenin fərziyyəsinə görə satemizasyanın mənşəyi daha tünd qırmızı rənglə göstərilmişdir (Sintaşta /Abaşevo/Srubna arxeoloji mədəniyyətləri), ancaq bu fərziyyə bir çox linqvistiklər tərəfindən qəbul edilmir.
Centum və satem dilləri — Hind-Avropa ailəsinin dilləri yenidən qurulmuş proto-Hind-Avropa dilinin dilüstü samitlərinin (“K” və “G” tipli səslər) necə olduğuna görə ya sentum dillərinə (bəzən centum adlanır) və ya satem dillərinə bölünür. Bu fərqə misal olaraq proto-Hind-Avropa dillərindəki “100” sözünü göstərmək olar. Kentum dillərində adətən /k/ səsi ilə başlayan 100 (latınca centum /k/ ilə tələffüz olunur), satem dillərində adətən /s/ ilə başlayır (satem Avesta dilindən gəlir).
Centum-satem bölgüsü Hind-Avropa dillərinin sinxron təsvirində izoqloss təşkil edir. Bu gün proto-Hind-Avropa dilinin növbə ilə Kentum və satem dillərinə bölünməsi və bütün Kentum və Satem dillərinin bu iki dildən ayrılaraq şərq və qərb qollarına bölünməsi yerinə bu xüsusiyyətlərin bir-birindən müstəqil şəkildə formalaşmış ola biləcəyi düşünülür. Bu arqument xüsusilə də ən şərqə yayılmış Hind-Avropa dili olan Toxar dilinin bir Kentum dili olmasının kəşfi ilə daha da çox dəstəklənmişdir.
Kentum dilləri
Hind-Avropa ailəsinin Kentum dillərinə adətən qərbdə rast gəlinir. Yunan, Kelt, İtalik və German dilləri bu qrupun üzvləridir.
Kentum-satem fərqi dillərin erkən formaları ilə əlaqəli olduğundan, bəzi müasir dillər Kentum qrupunun üzvləri olsalar da, müəyyən fərqlərə məruz qalmışdırlar. Rumın-kentum dili olan fransız dilində 100 mənasını verən cent sözünün /s/ səsi ilə oxunması buna misal ola bilər.
Satem dilləri
Satem dillərinə ümumiyyətlə şərqdə yerləşən Hind-İran və Baltik-slavyan dilləri kimi dil qrupları daxildir, lakin ən şərqə yayılmış Hind-Avropa dili olan Toxar dili bu qrupa aid deyildir.
Dilüstü samitlərin dəyişməsi ilə kentum dillərinin satem dillərinə çevrilməsinə satemizasiya deyilir.
Mənbələr
.
Əlavə ədəbiyyat siyahısı Kortlandt, Frederik. "Balto-Slavic and Indo-Iranian". In: Baltistica 2016, t. 51, Nr. 2, p. 355–364. DOI: https://doi.org/10.15388/Baltistica.51.2.2284 Mayer, Harvey E. (1980). "Baltic membership in the West Satem subgroup". In: Journal of Baltic Studies, 11:4, pp. 356–366. DOI: 10.1080/01629778000000351 Mottausch, Karl-Heinz. "Eine Neue Lösung Für Ein Altes Problem: Kentum Und Satəm". In: Historische Sprachforschung [Historical Linguistics] 119 (2006): 35–76. www.jstor.org/stable/40849375.
Xarici keçidlər
Kateqoriya:Dilçilik Kateqoriya:Linqvistik tipologiya