Adelina Adalis (əsl adı: Adelina Yefimovna Yefron; ; ) — Rusiya-sovet şairi.
Həyatı Adelina Yefimovna Yefron 26 iyul 1900-cü ildə Rusiya imperiyasına bağlı Sankt-Peterburq şəhərində anadan olmuşdur. "Qardaşlıq" (1937), "Şərq ümmanı" (1949), "Yeni əsr" (1960), "Şəhərlər" (1962), "Yanvar–sentyabr" (1970 ildə nəşr olunmuşdur) və s. şeir kitablarının müəllifidir. Klassik və müasir Azərbaycan şairlərinin əsərlərini, o cümlədən Səməd Vurğunun "Azərbaycan" və başqa şeirlərini, "Bəsti", "Muğan" poemalarını, "Vaqif" dramını ruscaya tərcümə etmiş, "Azərbaycan poeziyası antologiyası"nın (1939) hazırlanmasında fəal çalışmışdır. Azərbaycan ədəbiyyatı haqqında məqalələri, Azərbaycana həsr olunmuş əsərləri var. 13 avqust 1969-cu ildə SSRİ-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Rus şairlər Kateqoriya:XX əsr şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:Azərbaycan dilindən tərcümə edənlər