Kadin adası () — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Vrangel adasından 7 km şimal-qərbdə, Stikin çayının mənsəbi ilə üzbəüz ərazidə yerləşir. Adanın uzunluğu təxminən 3,5 km-dir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 424 m hündürlükdədir.

Ada 1863-cü ildə Rında korvetindən olan rus ekspedisiyasının iştirakçıları tərəfindən adlandırılmışdır. Ekspedisiyanın üzvlərindən biri, Atkada anadan olmuş aleut əsilli losman Mixail Kadinin şərəfinə bu adı alır. 1848–1850-ci illərdə Kadin Tebenkovun atlasında bu yerlərin xəritələrini çəkmişdirKadin Island. U. S. Geological Survey Geographic Names Information System.

İstinadlar

Kateqoriya:Aleksandr arxipelaqı