Kaptay gölü — Banqladeşin ən böyük gölü. Göl Karnaphuli hidro-elektrik layihəsi çərçivəsində Karnaphuli çayı üzərində Kaptay bəndi inşa edilərək yaradılmışdır. Onun ortalama 30 m, maksimum dərinliyi 150 m-dir.

Tarixi Su-elektrik stansiyası üçün su anbarının tikintisinə 1956-cı ildə Şərqi Pakistan hökuməti tərəfindən başlanmışdır.Daily JaiJaiDin, 10 yanvar 2008. Səhifə 10. Nəticədə Ranqamati rayonunda 220 km2 əkin sahəsi su altında qaldı. ABŞ tərəfindən maliyyələşdirilən layihə 1962-ci ildə sona çatdı. Beynəlxalq Mühəndislik Şirkəti (International Engineering Company) və "Utah International Inc." bəndin tikiltisi üçün müqavilə imzaladı. Bəndin uzunluğu 670,8 metr, hündürlüyü 54,7 metrdir.

Su-elektrik stansiyasının inşası məqsədiylə 18 min ailədən ibarət 100 min insan məcburi şəkildə başqa ərazilərə köçürüldü. Tarixi Çakmaz padşahının sarayı su altında qaldı.

İstinadlar