Mütalib Mitaroviç Mitarov (23 fevral 1920 – 11 mart 2011) — Tabasaran şairi və yazıçısı, Dağıstanın xalq şairi. 2005-ci ildə "Sətirlərdə ömür" kitabına görə ədəbiyyat sahəsində Dağıstan Respublikasının Dövlət Mükafatı laureatı.

Həyatı Mütalib Mitarov 1920-ci ildə Dağıstan Respublikasının Xiv rayonunun Kondik kəndində anadan olub. Baqautdin Mitarov Mütalib Mitarovun kiçik qardaşıdır.

Mitarov Böyük Vətən müharibəsində iştirak edib, Şimal cəbhəsində vuruşub. Müharibədə əlil olaraq vətəninə qayıdır.

Mütalib Mitarov Pedaqoji Texnikumu və Ali Partiya Məktəbini bitirmiş, daha sonra o, müxtəlif partiya və sovet vəzifələrində çalışmışdır. O, "Bilik" cəmiyyətində Xiv rayon komsomol komitəsinin birinci katibi, Sov. İKP Tabasaran rayon komitəsinin birinci katibi, respublikanın məişət xidməti naziri, Dağucpəqızın direktoru, o cümlədən Respublika Ədəbiyyat Muzeyinin direktoru vəzifələrində çalışmışdır.

Mütalib Mitarovun ilk nəşri 1937-ci ildə "Qırmızı Tabasaran" qəzetində çap olunub. Mitarovun ilk şeirlər kitabı "Xoşbəxtlik" adlanır. Onun bu kitabı 1954-cü ildə tabasaran dilində nəşr edilmişdir. Mütalib Mitarov 1953-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür.

1960-cı ildə Moskvada, eləcə də Volqoqrad, Ulyanovsk və ölkənin digər şəhərlərində keçirilən Dağıstan incəsənət və ədəbiyyat ongünlüyünün iştirakçısı olmuşdur.

Mitarov onlarla şeir kitabının, o cümlədən rus dilinə tərcümə olunan kitabların müəllifidir. Mütalib Mitarov həmçinin Aleksandr Puşkinin, Mixail Lermontovun, Qafqaz xalqlarının müxtəlif şairlərinin əsərlərini tabasaran dilinə tərcümə etmişdir.

2002-ci ildə Dağıstan Kitab Nəşriyyatı şairin seçilmiş əsərlərindən ibarət "Sətirlərdə olan ömür" kitabını nəşr etdirib.

2005-ci ildə Mütalib Mitarov "Sətirlərdə ömür" kitabına görə ədəbiyyat sahəsində Dağıstan Respublikasının Dövlət Mükafatı laureatı olub.

Mütalib Mitarov 2011-ci ildə vəfat edib.

Mükafatları Şair bir çox mükafatlara layiq görülmüşdür. O, mükafatlar aşağıdakılardır: "Vətən müharibəsi" ordeni "Sətirlərdə həyat" kitabına görə ədəbiyyat sahəsində Dağıstan Respublikasının Dövlət Mükafatı (2005)

Fəxri adları Mütalib Mitarovun aldığı fəxri adlar sırasında qeyd olunanlar vardır: Dağıstanın xalq şairi (1990) Dağıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar mədəniyyət işçisi.

Xatirəsi Dagestanskiye Oqni şəhərində, eləcə də Dərbənd rayonunun Rubas və bir çox kəndlərində küçələr Mütalib Mitarovun adını daşıyır.

İstinadlar

Xarici keçidlər Митаров Муталиб Митарович Гасанов, Магомед Раджабович, "Поэт-воин, общественный деятель и наставник" (к 90-летию Муталиба Митарова), Махачкалинские Известия, № 7 (911), 26 февраля 2012. "Скончался известный табасаранский поэт Муталиб Митаров", РИА Дагестан, 15 марта 2011.

Kateqoriya:2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Dağıstan şairləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:Muzey direktorları Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:"Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:XX əsr tərcüməçiləri