Şeybani xanlığı (; 1428–1468, 1500–1599) — Çingiz xanın oğullarından Cucinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır.
Tarixi 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Teymurilər dövləti tərəfindən süqut olunmuşdur. Sonra 1500-cü ildə Məhəmməd Şeybani xan (1451–1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500–1599) 1506-cı ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır. Şeybani, ya da Şibanoğulları xanlığı 1599-cu ildə Həştərxan xanlığı (Astarxan xanlığı) mənşəli olan Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara xanlığı Həştərxan hakimiyyətinin (Canı hakimiyyətinin) əlinə keçmişdir.
Şeybani xanları Məhəmməd Şeybani (1500–1510) Köçkuncu (1510–1531) Müzaffərrəddin Əbu Səid (1531–1534) Əbul Qazi Übeydalla (1534–1539) I Abdalla (1539–1540) Əbdüllətif (1540–1552) Novruz Əhməd (1552–1556) I Pir Məhəmməd (1556–1561) İsgəndər (1561–1583) II Abdalla (1583–1598) Əbdülmömin xan (1598) II Pir Məhəmməd (1598–1599) İstinadlar
Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:Xanlıqlar Kateqoriya:Şeybanilər Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Qazaxıstan tarixi Kateqoriya:Tarixi türk dövlətləri Kateqoriya:Tacikistan tarixi