Əbdül-Malik Məcidov () — İçkeriyanın sələfi-cihad qanadının böyük əmirlərindən biri, separatçı, sələfiliyin tərəfdarı, tanınmamış ÇİR ordusunun briqada generalı, İçkeriya şəriət qvardiyasının əmiri (komandiri), "Camaat islamiyə" çeçen cihadçılarının hazırlanması üzrə təlim mərkəzinə rəhbərlik etmişdir. Ruslan Gelayevin müavini olur.
Rusiya Federasiyasının Şimali Qafqaz regionu ərazisində bir sıra iri terror aktları təşkil etməsi ilə tanınmışdır.
Tanınmamış ÇİR silahlı birləşmələrinin strukturunda briqada generalı rütbəsinə qədər yüksəlmiş, İçkeriya Şəriət Qvardiyasının dəstələrinə rəhbərlik etmişdir. Gelayevin ən yaxın silahdaşı və onun İçkeriya hərbi əmiri vəzifəsində müavini olmuşdur.
Bioqrafiyası Əslən Dağıstanlı olsa da, mənşəcə etnik çeçendirЧеченскими боевиками руководят из Панкисси // Russia in the worldЧеченские сепаратисты перенесли свой штаб в Панкиси // Лента.ру, 03.10.2002. Bəzi mənbələrə görə isə Urus-Martan şəhərindəndir.
Birinci Çeçenistan müharibəsi Birinci Çeçenistan müharibəsi zamanı "İslam xüsusi təyinatlı alayı"-nın tərkibində Urus-Martan uğrunda döyüşlərdə iştirak edir, Ruslan Gelayevin dəstəsinin üzvü olur. Bəzi məlumatlara görə, o, Budyonnovskda terror aktında iştirak etmişdir.
Müharibələrarası dövr Birinci Çeçenistan müharibəsi başa çatdıqdan sonra o, "ÇİR-nın briqada generalı" titulunu alır və şəxsən özünün qurduğu ÇİR-nın "Şəriət mühafizəsi"-nə rəhbərlik edir. Həmin vaxt o, Çeçenistanın Urus-Martan rayonunda (yerli hərbi camaatın əmiri) iri silahlı birləşmələrin rəhbərlərindən biri olur, çeçen terrorçularının əsas liderləri ilə əlaqələri qurur. Mecidov faktiki olaraq nəzarət edilən ərazini Aslan Masxadovun başçılıq etdiyi Çeçen İçkeriya Respublikasının hakimiyyətinə qarşı silahlı müxalifətə çevirir, onun legitimliyi əvvəlcə açıq şəkildə tanımır.
O, Çeçenistanın dövlət quruluşu ilə bağlı sərt fikirləri ilə tanınır. O, respublika ərazisində şəriət qanunlarının dominant rolu ilə islam dövlətinin yaradılmasının tərəfdarı olur, bu əsasda vəhhabilərlə yaxınlaşır.
1998-ci ilin martında dünyəvi millətçilərin və radikal islam müxalifətinin nümayəndələri arasında daxili siyasi razılaşmalara əsasən, Masxadov hökumətində Mecidov Çeçen İçkeriya Respublikasının şəriət təhlükəsizliyi nazirinin müavini vəzifəsini tutur və burada o, eyni zamanda Cəzaların icrası şöbəsinə rəhbərlik edir. Eyni zamanda o, "Camaat İslamiyyə" terror təlim mərkəzinin rəhbəri olur.
1998-ci ilin iyununda Qudermesdə onun "mühafizəçiləri" ilə "Milli Qvardiyanın" döyüşçüləri Sulim Yamadayev və digər səhra komandirləri arasında baş vermiş silahlı toqquşmadan sonra o, Masxadovla münaqişəyə girir. Bundan sonra ÇİR Prezidenti Mecidovun rütbəsini aşağı salır, tərəfdarlarını oradan uzaqlaşdırır. Təhlükəsizlik qüvvələrinin bütün postları və tezliklə tamamilə "Şəriət mühafizəsi" qrupu dağıdılır.
Mecidov 1999-cu ilin martında Qroznı hava limanında Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistandakı xüsusi nümayəndəsi, general-mayor Gennadi Şpiqunun oğurlanmasına şəxsən rəhbərlik etməkdə ittiham olunurКак раскрывают убийства генералов // Газета "Коммерсантъ". № 5 (2608). 16.01.2003.
İkinci Çeçenistan müharibəsi O, 1999-cu ildə Dağıstanda yaraqlıların və 2002-ci ildə İnquşetiya ərazisinə edilən hücumda iştirak edərək yenidən adından söz etdirirБитва при Галашках // Независимая газета, 4.10.2002. O, Mücahidlərin Ali Hərbi Şurasında olur. Üstəlik "Qroznı şəhərinin Staropromıslovski sektorunun komandiri" kimi fəaliyyət göstərirСвященная война в Ичкерии только разгорается // ASN-News.
Federal qoşunlar Urus-Martan rayonunu işğal edəndə Əmir İdrisin silahlıları Rusiya silahlı qüvvələrinin hərbi kolonnalarına təxribat aksiyaları və silahlı hücumlar təşkil etməyə başlayır. Çeçenistan prokurorluğu Mecidovun adamlarını nmüharibədən əvvəlki Urus-Martan administrasiyasının məmurlarını, Əhməd Kadırovun başçılıq etdiyi Çeçenistan Respublikasının yeni güc strukturlarını dəstəkləyən hərbçilərin və yerli sakinlərin bütöv bir sıra qətllərində və oğurlanmasında şübhəli bilir.
İslam Saydayevin sözlərinə görə, Əbdül-Malik 2000-ci ilin qışında Qroznıdan ayrıldıqdan sonra Gelayevlə birləşir. Bundan sonra ilin sonunda Pankisi dərəsinə yollanır. Saydayevin qeyd etdiyi kimi, onların birliyi gözlənilməz olur, çünki Masxadovun hakimiyyəti dövründə onlar daxili çeçen siyasətində müxtəlif tərəflərdə idilər: Gelayev və onun tərəfdarları Masxadov və onun tərəfdarları, o cümlədən şəriəti ilə Əbdül-Malik Mevidovla müxalifətdə idilər.
2001-ci ilin martında Mecidovun tutulması ilə bağlı xəbərlər yayılsa da, sonradan təsdiqini tapmır.
Rusiya Prezidentinin İnformasiya İdarəsinin məlumatına görə, o, 2002-ci ildən daimi olaraq Pankisi dərəsi ərazisində olub, oradan Ruslan Gelayevin göstərişi ilə silahlıların maliyyələşdirilməsi və Gürcüstan ərazisindən Çeçenistana daşınması ilə məşğul olmuşduУсиливается борьба за влияние между лидерами сепаратистов в Чечне // Интерфакс, 04.04.2002 r.
Gelaevlə birlikdə o, 2002-ci ilin avqust-sentyabr aylarında Pankisi dərəsindən yaraqlıların Çeçenistana köçürülməsinə rəhbərlik edir.
Çeçen separatçılarının saytı olan Kavkaz Center-in məlumatına görə, 2003-cü ilin iyulunda Mecidov Çeçenistanın cənubundakı dağlıq bölgələrdə İçkeriya Silahlı Qüvvələrinin Cənub-Qərb Cəbhəsinin Məclisi Şurasında səhra komandirlərinin iclasında video çəkilişdə görünür.
7 aprel 2007-ci ildə ÇİR Prezidentİ Dokka Umarovun fərmanı ilə Şəriət Mühafizəsi yenidən bərpa edilir. Üstəlik Mecidova yenidən briqada generalı rütbəsi verilir.
İslamçı mənbələrə görə, 19 fevral 2013-cü ildə öldürülmüşdür. Ancaq onun ölüm tarixi və yeri məlum deyildir.
Mənbə Чеченские сепаратисты перенесли свой штаб в Панкиси // Лента.ру, 03.10.2002 Материалы агентства Daymohk.org
İstinadlar
Kateqoriya:Birinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:İkinci çeçen müharibəsi iştirakçıları