Yonas Kazis Avijyus (; ) — Litva-sovet yazıçısı.

Həyat və yaradıcılığı "İlk şırımlar" hekayə kitabı 1948-ci ildə nəşr edilmişdir. "Miras" (1949), "Şöhrət" (1949) povestləri, "Ağ söyüdlər" (1954) pyesi, "Azadlıq" (1951), "İnsanlar və hadisələr" (1954) hekayə və oçerk kitabları, "Kənd yol ayrıcında" (1964) romanı kolxoz kəndinə həsr olunmuşdur. "Şüşə dağ" (1961) romanı Litvanın keçmişindən bəhs edir. İkinci Dünya müharibəsi illərində Litva xalqının həyat və mübarizəsinin epik şəklində əks etdirən "İtmiş yurd" (1970) romanında mühüm ictimai, mənəvi-əxlaqi problemlər qaldırılır.

Təltif və mükafatlar Yonas Avijyus 1976-cı ildə Lenin mükafatı ilə təltif olunmuşdur.

İstinadlar

Xarici keçidlər Avyžius, Jonas

Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:Litva dilində yazan yazıçılar Kateqoriya:Litva yazıçıları Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ Yazıçılar İttifaqının üzvləri Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər