thumb|Nadir yazısı Nadir yazısı — İranın Kəlat şəhərindəki Arğun şah qapısının girişində yerləşən, üzərində Nadir şah Əfşara həsr edilmiş mədhiyyə həkk olunan daş kitabədir. Mədhiyyə Nadir şahın saray şairi Gülbün Əfşar tərəfindən türk dilində yazılıb.
Mədhiyyənin məzmunu Bismillahirrəhmənirrəhim və hüvəl'ə'la
İbtida həmdi Xudayi əhədu fərdu qədim Qadiri ləm yəzəlu alimu danavu həkim O ki bu kunu məkanı yaradıb qudrətdən O ki bu bəhru bəri xəlq edib şövkətdən İki aləmdə odur bəndələrə yavəru yar Hikmətindən görünür bəndələrə hər asar Xəlqi aləm hamı möhtacdır o dərgahə O vurub nuru mina kövkəbi mehru mahə Həmdi həqdən sora oldu qələmim nurəfşan Bə səna gostəriye xətmi rüsul fəxri cahan Nəbiyi Haşimiyü Əhmədü Məhmud sifat Kim Xudadan ola dayim "əleyhə səlam o sələvat" Alu əshabına həm rəhməti besyar ola Ola Həq yavəri hər kim olara yar ola Həmdi ne'məti Həqdən sora "ba sidqi zəban" Fərzdir bəndələrə mədhi şəhənşahi cahan O şəhənşahi fələk mərtəbəyi çərxi sərir Şah Nadir, ki adı tək yox, mislü nəzir Demək olmaz bu şəhənşah bəlki ola peyğəmbər Ya muqərrəb mələkidir olub əz nov'i bəşər Leyk çün qudrəti həq zahir edib biş əz piş Nəzəri həq ona hər kimsə desə həq, dəymiş Nisbət ilə şərəfu fəxri ocaqi Teymur Həsəb ilə bə cahan şahi şəhandır məşhur Mustəfa xulqu Məsiha dəmu Yusif təl'ət Buəli danişu Hatəm kəfu Luqman hikmət Qabiliyyətlə ona verdi Xudavəndi-Kərim Tacu təxti şəhiyu ədlu kərəm, xəlqi əzim Hər şərafət ki desəm şahi şəhandır kamil Mərhəmətdən onun əltafi Xudadır şamil E'tiqadı belədir o şəhi pakizə nəhad Bağlamış sidq Xudavəndə edərlər belə yad Ələ girməz belə dövlət "be sepah o şəmşir" Olabilməz belə iqbal "be fəzl o tədbir" Sən veribsən ona bu səltənətu təxtu sipah Sən veribsən ona tacu kəməru fərru kulah Dövlətim hafizi sənsən sənədir ümmidim Mən sənə bağlamışam sidq budur tə'yidim Dövlətim münkirini sən elədin xaru zəlil Düşmənim korluğuna yavər ol ey rəbbi cəlil Çünki sidqi belədir həqqinə "əz ruyi yəqin" Bu səbəbdən ona əltafi Xuda oldu müin Əlini tutdu Xudavəndi cahan qudrətdən Kamyab etdi onu mə'dilətü şövkətdən Bəxtu iqbal ilə heç kim belə olmaz baqi Gün kimi dövlətinə aləmə rövşən baqi Şaxi gül nəşvu numa buldu nəmi feyzindən Ki bu əş'ar olub mədhsəra "Gülbün"dən
Mənbə https://web.archive.org/web/20130312084113/http://vefagh.co.ir/tourist/tourist_s.php?tourist=306