Məmmədağa Əhməd oğlu Məmmədov () — Azərbaycan-sovet kimyaçısı, texnoloq və dövlət xadimi, Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri (1967–1971).
Həyatı Məmmədağa Məmmədov 1926-cı ildə yoxsul kəndli ailəsində anadan olmuşdur. 1943-cü ildə məktəbi bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun texnoloji fakültəsinə daxil olmuşdur, burada oxumaqla paralel olaraq istehsalat sahəsində də işləmişdir. 1949-cu ildə ali təhsilini bitirdikdən sonra Sov.İKP XXII qurultayı adına Bakı neftayırma zavoduna operator göndərilmiş, burada qurğu rəisi vəzifəsinə yüksəlmiş, sonralar isə ÜİK(b)P Mərkəzi Komitəsinin partiya təşkilatçısı — Azərbaycanın iri neftayırma müəssisəsinin partiya komitəsi katibi vəzifəsinə irəli çəkilmişdir.
1955–1959-cu illərdə Məmmədağa Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft sənayesi şöbəsi müdirinin müavini, 1959–1961-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Neft Zavodları Birliyinin baş mühəndisi və rəis müavini, 1961–1965-ci illərdə isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Neft Emalı və Kimya Sənayesi İdarəsinin rəisi, 1965–1967-ci illərdə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi nazirinin birinci müavini, 1967–1971-ci illərdə isə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri olmuşdur.
Məmmədağa Məmmədov sürtkü yağları üçün aşqarlar texnologiyasının hazırlanmasında və istehsalatın təşkili işində fəaliyyət göstərmiş, bu sahəyə dair bir sıra elmi əsərlərin müəllifi olmuşdur. M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu kafedrasının dosenti olmuş, 1967-ci ildə isə texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.
1946-cı ildən Sov.İKP üzvü olan Məmmədağa Məmmədov dəfələrlə Bakı şəhər və Şaumyan rayon partiya komitələrinin üzvü və Bakı Sovetinin deputatı seçilmişdir. O, 1961–1963-cü illərdə Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur.
Məmmədağa Məmmədov 23 yanvar 1971-ci ildə Bakıda vəfat etmişdir.
Təltif və mükafatları "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1964 "Azərbaycan SSR əməkdar ixtiraçısı" fəxri adı — 24 may 1960 "Stalin" mükafatı (3-cü dərəcə) — 1951 "Lenin" ordeni "Şərəf nişanı" ordeni
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:Azərbaycan kimyaçıları Kateqoriya:Azərbaycan neftçiləri Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:SSRİ kimyaçıları Kateqoriya:Texnika elmləri namizədləri