Çövkən, bəzən çovqanAzərbaycan Sovet Ensiklopediyası. 10-cu cild. S. 377. — at ilə oynanılan idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir.

"Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Etimologiya "Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar. Rəssam Elçin Muxtar Elxan "El-oba oyunu, xalq tamaşası" kitabında yazır:

Professor Kamran İmanovun sözlərinə görə, müasir Azərbaycan dilində "çövkən" termini "çovqan" kimi də səslənir və "Azərbaycan dilinin izahlı lüğət"lərində bu sözün mənası "at üstündə ucu əyri çomaqla top-top oyunu" kimi təsvir edilir. O, "çövkən" sözünün və oyununun türk mənşəli olması türklər yaşayan arealda böyük izlər buraxaraq digər xalqlar tərəfindən mənimsənilib və geniş yayıldığını qeyd edib.

Tarixi thumb|Çövkən oyunu təsvir edilmiş miniatür. "Top və çövkən". 16-cı əsr, Təbriz, Səfəvilər.Л. С. Бретеницкий, Б. В. Веймарн. Искусство Азербайджана IV–XVIII веков. — М., 1976. с. 88Komanda oyun növü olan çövkən yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məşhur olmuşdur. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən Bağdadda Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çövkən yarışlarının keçirildiyi göstərir. Çövkən yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir.

Akademik Teymur Bünyadova görə, çövkən oyununun mahiyyəti gəncləri qəhrəmanlıq ruhunda tərbiyə etməkdir. Folklorşünas Məhəmməd Məmmədovun fikrincə, orta əsrlərdə vaxtaşırı müharibələr güclü və məharətli döyüşçülərin hazırlanmasını tələb edirdi ki, onda da çövkən oyunu mühüm rol oynayıb.

1842-ci ildə Britaniyalı səyyah M. Braun çövkən haqqında öz fikirlərini belə izah edirdi:

Qarabağ xanlığı dövründə çövkən oyunlarına maraq daha da artıb, Şuşa şəhərindəki Cıdır düzündə, Xankəndi və Xocalı arasındakı ərazidə, Ağdamda cıdır yarışları, müxtəlif atüstü oyunlar, o cümlədən çövkən yarışları keçirilib.

1950-ci illərdə başda çövkən olmaqla bir sıra Azərbaycan milli atüstü oyunları bərpa edildi. Bu sahənin tədqiqatçısı Fikrət Hüseynov tarixi sənədlər və folklor materialları əsasında oyun qaydalarını hazırlayaraq kitabça şəklində çap etdirdi. 1960-cı ilin may ayında ilk dəfə olaraq Azərbaycanın qərb bölgəsinin bir neçə kənd komandası arasında çövkən yarışı keçirildi. Bir ildən sonra çövkən yığma komandası Bakı cıdır meydanında respublika komandasına 2:1 hesabı ilə qalib gəldi. Çövkən Moskvada keçiriləcək yarışlarda iştirak etmək hüququ qazandı.

2006-cı ildən Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialında çövkən üzrə "Prezident Kuboku" keçirilir. Həmin ildə çövkənlə məşğul olan və yarışlarda iştirak edən cəmi 3 Azərbaycan rayonu vardısa, 2014-cü il müddətində onların sayı 20-ə çatmışdı. 2016-cı ildə Prezident Kuboku uğrunda Azərbaycandan 22 şəhər və rayonundan 24 komanda iştirak etmişdir.

"Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Oyunun qaydaları thumb|Çövkən oyunu Azərbaycanın Qarabağ bölgəsində formalaşmış Qarabağ atları çövkən oyunu üçün ən ideal atlar hesab edilir.

Meydança Oyunlar uzunluğu 90–250, eni 60–120 metrədək olan meydançada keçirilir. Bu oyun üçün futbol meydançasından istifadə etmək olar.

Top Bu oyunda istifadə edilən top girdə və 38–41 sm arasında olur.

Əsas qaydalar və ümumi anlayış Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunurdu. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir. 10 dəqiqə fasilə olur.

Xalların hesablanma sistemi Qapı çərçivəsindən cərimə meydançasına daxil olub topu qapıya vurmaq hesaba alınmır.

Hakimlər Çövkən oyunlarının hakimi isə, adətən, meydanı at üstündə müşayiət edir. Ona yan xətlərdə duran iki hakim də köməklik göstərir.

Oyunçular Seçilmək üçün bir dəstənin üzvləri mütləq o biri dəstəninkindən fərqli geyimdə oyuna qatılırlar. Çövkənin özəlliyi ondan ibarətdir ki, yaş həddi tələb olunmur. Fiziki cəhətdən sağlam olan şəxs hər vaxt çövkənlə məşğul ola bilər. Oyunçunun xüsusi geyim formasına papaq, çuxa, at minmək üçün gen şalvar, yüngülboğazlı çəkmə daxildir. Oyunçular eyni formadan, eyni uzunluqda olan çomaqdan istifadə edirlər. Oyunçu geyim qaydalarına əməl etməyəndə, kobudluq edəndə meydandan birdəfəlik və ya 2 dəqiqəlik qovula bilər.

Mədəniyyətdə

Ədəbiyyatda thumbnail|XVI əsrə aid Nizami Gəncəvinin Xosrov və Şirin poemasında çövkən oyununu təsvir edən miniatürSingh, Jaisal (2007). Polo in India. London: New Holland. S. 15. ISBN 978-1-84537-913-1.

Azərbaycan ədəbiyyatında çövkənin izlərinə çox rast gəlinir. "Kitabi-Dədə Qorqud" boylarında, I Şah Təhmasibin "Kuh və çövkən" və Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində çövkəndən bəhs edilir. Klassik Azərbaycan şairləri olan Qətran Təbrizi, Xaqani Şirvani, Zülfüqar Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və digərlərinin şeirlərində çövkənlə bağlı müəyyən ifadələrə rast gəlinir. "Kitabi-Dədə Qorqud" dastanının "Salur Qazanın evinin yağmalanması" boyunda yazılır:

Ədəbi nümunələrdən də məlum olur ki, Azərbaycanda çövkən oyununda təkcə kişilər deyil, qadınlar da iştirak edib. Nizaminin "Xosrov və Şirin" poemasında Şirin çövkən meydanında Sasani hökmdarı II Xosrovdan geri qalmır. Şirin ilə bərabər qızların da bu oyunda iştirakı təsvir edilir. Yazıçı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanında xüsusi bir fəsil çövkən oyununa həsr olunub. O bölümdə göstərilir ki, Ərəb Xilafəti dövründə bu oyun ən təntənəli bayramlar, xüsusi günlər zamanı keçirilirdi və bu oyunun ən yaxşı ustaları kimi azərbaycanlılar ora aparılırdı.

Kinoda Azərbaycan kinematoqrafında çövkənə həsr olunan filmlərdən "Çovqan oyunu", "Çövkən" və "Uç, mənim atım"-ı qeyd etmək olar.

Təsviri incəsənətdə Çövkən orta əsrlərə aid miniatürlərdə də təsvir edilib.

Qalereya

İstinadlar

Həmçinin bax Qeyri-maddi mədəni irs Azərbaycanda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısı Atçılıq idmanı

Xarici keçidlər

Справочник по коневодству — www.cnshb.ru Кавказские национальные конные игры на сайте www.horse.ru

Kateqoriya:Azərbaycanda idman növləri Kateqoriya:Azərbaycan oyunları Kateqoriya:Azərbaycanın qeyri-maddi mədəni irsi Kateqoriya:Polo Kateqoriya:İran ixtiraları