– Yeni Zelandiya əsilli Yaponiya modeli və tarentosu. Oscar Promotion qabiliyyət agentliyi ilə əməkdaşlıq edir və Tokioda aktiv fəaliyyət göstərir. "Vivi" dəb jurnalının ekslüsiv modelidir. Boyu 167 santimetrdir.

Karyerası Fucita 2012-ci ildə XIII Nikola Model Auditoriyasının qalibi olmuş və jurnalın ekslüsiv modeli olmuşdur. 2014-cü ilin iyulunda "Popteen" jurnalına keçmişdir. 2015-ci ildə Mezamashi TV kanalının şou-biznes verilişinin dəb aparıcısı seçilmişdir. Həmin il o, Yaponiyada Yahoo! platformasında ən çox axtarılan yeni model olmuş və buna görə xüsusi mükafat qazanmışdır. 2016-cı ilin iyulunda Fuji TV kanalının "Sevdiyim insanın olması məsələsi" serialının spin-offunun baş rolunda oynamışdır. 3 avqust 2016-cı ildə müğənni kimi debüt etmişdir.

2017-ci ilin avqustunda "Popteen" jurnalını tərk etmiş və 2 ay sonra "Vivi" jurnalının ekslüsiv modeli olmuşdur. Növbəti il "Pokémon: Sun & Moon" anime serialında iki personajı səsləndirmişdir. 2017-ci ildə 330-dan çox televiziya verilişində iştirak etmişdir.

2018-ci ildə Nicoron adlı öz brendini yaratmışdır.

23 fevral 2019-cu ildə öz YouTube kanalını yaratmış və avqustda videolar yükləməyə başlamışdır. 2019-cu ilin sentyabrında 500 min aboneyə çatmışdır.藤田ニコルがYouTubeデビュー!自分で動画編集、批判も「承知の上」 サンケイスポーツ2019年2月23日閲覧。

Şəxsi həyatı Fucita 2000-ci illərin və 2010-cu illərin "Popteen" modellərindən (məsələn, Kumiko Funayama) təsirlənmişdir. Atası polyak və rus əsillidir.

2025-ci ilin dekabr ayında o, hamilə olduğunu elan etdi.

Diskoqrafiya Sinqllar Bye Bye (3 avqust 2016, Sony Music)

Filmoqrafiya Televiziya Evdə baytar var? (NTV, 2014) qonaq oyunçu Pokemon: Sun & Moon, Dişi Pikaçu, 93-cü seriya; Stafful, 96-cı seriya

Veb-serial Sevdiyim insanın olması məsələsi: Sama Sama Kyun Kyun Daisakusen (Fuji TV, 2016)

Reklamlar Datsumō Labo (2016)

Musiqi videosu Sonar Pocket - Hero/Good Bye Taisetsu na Hito. (2015)

Tədbirlər Şizuoka kolleksiyası (2015 p/q) Tokio qızlar kolleksiyası (2015 p/q, 2016 S/S) Qızlar mükafatı (2015 p/q, 2016 S/S)

Biblioqrafiya Jurnallar Nicola, Shinchosha, 2009-2014-cü illərdə ekslüsiv model. Popteen, Kadokawa Haruki Corporation, 2014-2017-ci illərdə ekslüsiv model. Vivi, Kodansha, 2017-ci ildən ekslüsiv model.

Kitablar Nikorun Desu (Kadokawa Haruki Corporation, 1 dekabr 2015)

Mükafatlar Nicola Model Auditoriyası (2009): Baş mükafat Yahoo! Yaponiya Axtarış Mükafatı 2015: Qalib (Model kateqoriyası)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiya fotomodelləri Kateqoriya:Yaponiyanın qadın müğənniləri