Zdravko Lazarov () — Bolqarıstan futbolçusu.
Həyatı 1976-cı il fevralın 20-də Bolqarıstanın məşhur Qabrovo şəhərində anadan olub və futbolçu karyerası 1991-ci ildən başlayıb. Vətənində "Septemvri" (21 oyun, 3 qol), "Yantra" (88 oyun, 35 qol), MOİK (14 oyun, 3 qol), "Minyor" (22 oyun, 7 qol), "Levski (23 oyun, 3 qol), "Slaviya" (35 oyun, 12 qol) klublarının şərəfini qoruyan hücumçunun legioner həyatı əsasən Türkiyə ilə bağlıdır. Z. Lazarov əvvəlcə aşağı divizionda üç mövsüm "Kocaelispor" (79 oyun, 23 qol), sonra üç mövsüm Superliqada "Qaziantepsor" (87 oyun, 35 qol) və "Ərciyyəspor" klubunun şərəfini qoruyub. 2006/07 mövsümündə son komandada çıxış edən Z. Lazarov 31 oyunda 9 qol vurub. 1,77 metr boya malik bolqarıstanlı hücumçu cari mövsüm Premyer Liqaya qayıdan Rusiyanın "Şinnik" (Yaroslavl) klubunda oynayır. Yığma komandasında çıxışına 2001-ci ildən başlayan Z. Lazarov meydana çıxdığı 31 oyunda 3 qola imza atıb. Hücumçu 2004-cü ildə Portuqaliyada keçirilən Avropa çempionatının final mərhələsinin iştirakçısıdır.
Xarici keçidlər Profile at LevskiSofia.info
Kateqoriya:Bolqarıstan futbolçuları Kateqoriya:Legioner Bolqarıstan futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Bolqarıstan futbol məşqçiləri Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Qaziantepspor FK futbolçuları Kateqoriya:ÇSKA Sofiya FK futbolçuları Kateqoriya:Bolqarıstan milli futbol komandasının oyunçuları Kateqoriya:Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan) futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Rusiyada legioner futbolçular