Kuban Stadionu — 2019-cu ildən etibarən Kuban futbol klubunun ev arenası olan Krasnodar şəhərindəki çox məqsədli bir stadion, 2019 -cu ildən etibarən Kuban Futbol klubunun və 2020-ci ildən Kuban Holding klubunun azarkeşləri və köhnə oyunçuları tərəfindən canlandırılmışdır. 1960–2018-ci illərdə stadion Kuban Krosnadar klubunun, 2009–2016-cı illərdə Krasnodar klubunun və 2018–2019-cu ilrdə stadion Kubanoçka qadın futbol klubunun ev arenası olur. Stadion 35.200 tamaşaçı tutumuna malikdir. İdman arenası 30 oktyabr 1960-cı ildə açılmış və ilk futbol oyunu 14 may 1961 -ci ildə baş tutmuşdur. Tarix Stadion 1960-cı ildə inşa edilir, eyni ilin 30 oktyabrında açılışı baş tutur. İnşaat zamanı rəsmi olaraq 20.000 tamaşaçı (əslində 25.000) tutacağı bildirilir. 1980-ci ildə yenidən qurmadan sonra maksimum tutum 50 min nəfərə yüksəlir.

2004-cü ildə stadionda 2006 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya və Estoniya milliləri arasında oyun baş tutur. Rusiya komandası 4: 0 hesabı ilə oyunu başa çatdırır. Bir il sonra Kuban stadionu Rusiya millisi ilə Danimarka milliarasında keçirilən Avropa Gənclər Çempionatı matçına ev sahibliyi edir. 2005-ci ilin əvvəlində Kuban arenası gələcək UEFA Kubokunun qalibi MOİK Moskva FK üçün "ev" oyunlarının keçirildiyi arena rolunu oynayır. Kubok yolunda bu arenada iki böyük qələbə qazanır: 1/16 final oyununda Benfika FK 2:0, 1/8 finalın cavab oyununda Belqradın Partizan klubuna da 2:0 qalib gəlir. Buna görə Krasnodar, MOİK komandasının qazandığı UEFA Kubokunu ictimaiyyətə göstərmək üçün gətirdiyi Moskvadan sonra ilk Rusiya şəhəri olur.

2008-ci ilin əvvəlində stadionda daha bir təmir keçirilir, şimal, qərb və şərq tribunalarında təkmilləşdirilmiş əsasda yeni plastik oturacaqlar quraşdırılır və yeni, müasir rəngli tablolar qoyulur. 2009-cu ilin mart ayında, stadionun təmirinin növbəti mərhələsi başa çatır, bu müddət ərzində cənub stendinə plastik oturacaqlar qoyulur və meydançanın ətrafındakı qaçış zolaqları dəyişdirilir.

6 mart 2011-ci ildə stadionda Rusiya Super Kuboku uğrunda bir matç keçirilir, burada Sankt-Peterburqun "Zenit" klubu Moskvanın MOİK komandasını 1:0 hesabı ilə məğlub edir.

Arenanın növbəti yenidən qurulmasının 2015-ci ilin ikinci yarısında başlayacağı planlaşdırılırdı, lakin vilayət rəhbərliyi 2018 FİFA Dünya Kubokundan sonra yenidən qurmağa davam etmək qərarına gəlir. Stadionun əsas xüsusiyyətləri

Tikinti ili - 1960

Ümumi tutum: 31 654

Məlumat lövhəsi: 1 elektron, çox rəngli

İşıq qüllələri: 4 (1850 lüks şaquli işıqlandırma təmin edən 230 Philips Arena Vision projektor ilə təchiz olunmuşdur)Сайт Ecosof.ru Раздел «Спортивные сооружения». Стадион «Кубань»

Sahə Oyun sahəsinin ölçüsü: 104 mx 70 m

Örtüyü: təbii çəmən yetişdirilir.

Tribunalar Stant sayı: 4 ("Qərb", "Şərq", "Şimal" və "Cənub")

Tribunaların tutumu stadionun veb saytına, mötərizədə - Kuban FK saytının diaqramına əsasən göstərilmişdir.

"Qərb" tribunası - 12 800 yer (11 733 yer): aşağı pillə - 4 500 oturacaq (4 468)

yuxarı pillə - 8,300 oturacaq (7,265)

"Şərq" tribunası - 16.000 (12.949):

aşağı pillə - 5,100 yer (5,065)

yuxarı səviyyə - 10.900 oturacaq (7.884)

"Şimal" tribunası (qonaq) - 3200 oturacaq (3.351)

"Cənub" tribunası (azarkeşlər) - 3200 oturacaq (3.188)

Video müşahidə

2011-ci ildə Rusiya Super Kuboku uğrunda oyunu stadionda keçirmək üçün Kubanda video nəzarət gücləndirilir Beləliklə, video avadanlıqların sayına görə stadion Lujniki stadionundan sonra Rusiyada ikinci olur.

Ünvan 350038, Krasnodar, Jeleznadorojnaya, 49. İstinadlar

Mənbə Kuban FK-nun rəsmi saytı Официальный сайт болельщиков ФК «Кубань» Официальный сайт фанатов ФК «Кубань» Стадион «Кубань» на старых фотографиях и открытках Kateqoriya:Rusiya stadionları Kateqoriya:Krasnodar tikililəri Kateqoriya:Rusiya futbol stadionları