Oleq Şelayev (Oleq Mykolayovych Shelayev) (Ukrayna dili:Олег Шелаєв)

Ukraynanın güclü futbolçularından olan Oleq Şelayev 1976-cı il noyabrın 5-də Luqanskda anadan olub. Karyerası ərzində "Zarya", Donetskin "Şaxtyor", "Metallurq" və "Dnepr" klublarında çıxış edib. "Dnepr"də baş məşqçi Vladimir Bessonovla 2008/2009 mövsümündə yola getmədiyi üçün qış fasiləsində "Krivbass"a icarəyə verilib. Boyu 181 sm olan futbolçunun çəkisi 74 kq-dır. Təcrübəli yarımmüdafiəçi "Dnepr"də kapitan sarğısıyla 209 oyunda 27 qol vurub. Ümumiyyətlə, yüksək liqada 326 matçda 33 dəfə fərqlənib. 2004-cü ildə Ukrayna millisində debüt edən Şelayev 35 oyunda 1 qol vurub. 2006-cı il Dünya Kubokunun 1/4 finalçısı olub. Ukrayna Kubokunun qalibidir. Həmçinin, çempionatın gümüş və bürünc mükafatçısıdır.

İstinadlar

Kateqoriya:Ukrayna futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Ukraynalı futbol məşqçiləri Kateqoriya:Ukrayna milli futbol komandasının oyunçuları Kateqoriya:Dnepr FK futbolçuları Kateqoriya:Metalist Xarkov FK futbolçuları Kateqoriya:Şaxtyor Donetsk FK futbolçuları Kateqoriya:Ukrayna Birinci Liqasının futbolçuları Kateqoriya:Ukrayna İkinci Liqasının futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri