və ya sadəcə Tao – Yaponiya aktrisası və modeli. 2009-cu ildə "Ralph Lauren" brendinin siması olmuşdur. 2013-cü ildə çəkilən "Şimal porsuğu: Ölməzlik" filmində Mariko Yaşida personajını canlandıraraq aktrisa kimi debüt etmişdir. 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Mersi Qreyvz rolunda çıxış etmişdir. "Hannibal", "Hündür qəsrdəki adam" və "Vest dünyası" seriallarında yan rollarda oynamışdır.

İlk illəri Tao 22 may 1985-ci ildə Yaponiyanın Çiba prefekturasının eyniadlı şəhərində doğulmuşdur. Model karyerasına 14 yaşında başlamışdır.

Karyerası Modellik 2006-cı ildə Parisə köçərək beynəlxalq səviyyədə model olmağa qərar vermişdir. Qısa müddət ərzində Avropa podiumlarında model kimi çıxış etmiş, tanınmış Asiya modellərindən birinə çevrilmişdir. 2009-cu ildə Nyu-Yorka köçmüşdür.

Tao müxtəlif reklam layihələrində işləmişdir. Mario Testino ilə birlikdə Dolce & Gabbana, Alasdeyr Maklellan ilə birlikdə Emporia Armani, Mario Sorrenti ilə birlikdə Kenzo kampaniyalarında iştirak etmişdir. "i-D Magazine", "V Magazine", "W Magazine" jurnalları, "Harper's Bazaar" və "Vogue" jurnallarının beynəlxalq buraxılışları üçün fotomodellik etmişdir.

Okamoto Alexander McQueen, Alexander Wang, Burberry Prorsum, Bottega Veneta, Chanel, Dolce & Gabbana, Donna Karan, Emanuel Ungaro, Fendi, Giorgio Armani, Givenchy, Hermès, Jean-Paul Gaultier, Kenzo, Louis Vuitton, Marc Jacobs, Maison Martin Margiela, Max Mara, Miu Miu, Moschino, Paul Smith, Phillip Lim, Ralph Lauren, Salvatore Ferragamo, Tommy Hilfiger, Vivienne Westwood, Yves Saint Laurent və bir çox brend üçün modellik etmişdir.

"Vogue Nippon" jurnalının 2009-cu il noyabr buraxılışı Taoya həsr olunmuşdur. Yaponiya Dəb Redaktorları Klubu tərəfindən "İlin modeli", "Vogue Nippon" jurnalı tərəfindən "2010-cu ilin qadını" seçilmişdir.

Aktrisa 2013-cü ildə Hyu Cekman ilə birlikdə "Şimal porsuğu: Ölməzlik" filmində əsas rollardan birini canlandırmışdır. 2014-cü ilin okyabrında "Hannibal" serialında Çiyo rolunu oynayacağı açıqlanmışdır.

2015-ci ilin yanvarında Alodiya Cosinfiao ilə birlikdə "Yolayırıcıları" filmində yer alacağı anons edilmişdir. 2015-ci ildə "Hündür qəsrdəki adam" serialında vəkil Pol Kasouranın arvadı və Robet Çildanın müştərisi olan Betti Kasouranı canlandırmışdır. 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Mersi Qreyvz rolunda görünmüşdür.

Şəxsi həyatı 2015-ci ildə "The Last Magazine" jurnalının redaktoru olan Tenzin Vild ilə evlənmişdir.

Filmoqrafiya İl Başlıq Rol Qeydlər 2013 Şimal porsuğu: Ölməzlik Mariko Yaşida aktrisa kimi debüt 2014 Qan yolu Toko Sakaqami yapon miniserialı 2015 Hannibal Çiyo 4 seriya 2015 Hündür qəsrdəki adam Betti 4 seriya 2016 Betmen Supermenə qarşı: Ədalətin şəfəqi Mersi Qreyvz 2016 Yolayırıcıları 2017 İnsan ovu Kiko Tanaka 2018 Laplas cadugəri Rey Kirimiya 2018-2020 Vest dünyası Hanaryo 5 seriya 2019 İtmiş transmissiyalar Vendi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiya fotomodelləri Kateqoriya:Yaponiya aktrisaları Kateqoriya:The Society Management modelləri Kateqoriya:ABŞ-dəki Yaponiya qürbətçiləri Kateqoriya:XXI əsr aktrisaları