"Gəncə Tibb Cəmiyyəti" (1918-ci ilə kimi "Yelizavetpol Tibb Cəmiyyəti") — Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyəti.Gəncə Tibb Cəmiyyəti . ganca.org, 10.03.2012 thumb|270x270px|Xudadat bəy Rəfibəyli və Nuru Paşa, Gəncə 1918-ci il.
Haqqında "Yelizavetpol Tibb Cəmiyyəti" Xudadat bəy Rəfibəylinin təşəbbüsü və rəhbərliyi ilə 1914-cü ildə yaradılmışdır. Bu cəmiyyətin əsas məqsədi Gəncədə yoxsullara, kimsəsizlərə pulsuz tibbi yardım göstərmək idi.
Cəmiyyətin fəal üzvləri Həsən bəy Ağayev, Həmzə bəy Zeynalov, Musa bəy Rəfiyev və s. şəxslər idi. "Yelizavetpol Tibb Cəmiyyəti" Bakı, Şuşa, Şəki və şəhərlərdə fəaliyyət göstərən digər cəmiyyətlərlə daim sıx əlaqədə olurdu.
İstinadlar
Həmçinin bax Kateqoriya:Azərbaycan təşkilatları Kateqoriya:1914-cü ildə yarananlar Kateqoriya:Gəncə Kateqoriya:Tibb təşkilatları