AUKUS — 15 sentyabr 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktı.
Pakta əsasən, ABŞ və İngiltərə, Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək etməyi qəbul edirlər. Avstraliyanın baş naziri Skot Morison, İngiltərənin baş naziri Boris Conson və ABŞ prezidenti Co Baydenin birgə açıqlamasında başqa bir ölkənin adı çəkilməsə də, Ağ Evdəki anonim mənbələr bunun Çinin Hind-Sakit okean bölgəsindəki təsirinə qarşı çıxmaq üçün hazırlandığını iddia edir. Ancaq İngiltərənin baş naziri Boris Conson daha sonra parlamentdə çıxış edərək, bu addımın Çinə qarşı məqsədli olmadığını söylədi.
17 sentyabr 2021-ci ildə Fransa, Avstraliya və ABŞ-dəki səfirlərini geri çağırdı, Fransa xarici işlər naziri Jan-İv Le Drian, Avstraliya-Fransa sualtı gəmi müqaviləsinin ləğv edilməsi səbəbiylə müqaviləni "arxadan bıçaqlanma" adlandırdı. Fransanın reaksiyasını Hind-Sakit okeanı regionundakı bir neçə Fransız ərazisi və bu bölgədəki vətəndaşlarına qarşı gələcək geosiyasi təhdidlər qorxusu səbəbiylə daxili təhlükəsizlik problemləri ilə daha geniş izah etmək olar.
İstisnalar
Xarici keçidlər Kateqoriya:ABŞ-nin müqavilələri Kateqoriya:Avstraliyanın müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:ABŞ silahlı qüvvələri Kateqoriya:ABŞ-nin ikitərəfli əlaqələri Kateqoriya:Birləşmiş Krallığın ikitərəfli əlaqələri