Qılıncdağ (Uxtasar) — Qarakilsə rayonunda, Azərbaycanla sərhəddə yerləşən dağ. Qılıncdağın hündürlüyü 3500 m-dir. Qılıncdağ gölünün ətrafındakı qayalıqlarda eynilə Gəmiqaya petroqliflərinə bənzəyən təsvirlər var. Alimlər 1970-ci illərə qədər onları öz elmi əsərlərində "Qılıncdağ petroqlifləri" kimi qeyd edirdilər.
2021-ci il sentyabr ayının ortalarında Qılıncdağ zirvəsinə Azərbaycan ordusunun nəzarət etdiyi xəbərləri yayılmışdı.
Qılıncdağ petroqlifləri
İstinadlar
Kateqoriya:Ermənistan dağları Kateqoriya:Sərhəd dağları Kateqoriya:Azərbaycan dağları