Adolfo Peres Eskivel (; ) — argentinalı ictimai fəal və təşkilatçı, rəssam, yazıçı və heykəltaraşdır. Argentinanın son sivil-hərbi diktaturasına (1976–1983) qarşı apardığı mübarizəyə görə 1980-ci il Nobel sülh mükafatına layiq görülüb.

Həyatı

Yaradıcılıq yolunun başlanğıcı Qalisiyalı ispan mühacir balıqçı ailəsində anadan olmuşdur. Peres Eskivel üç yaşında ikən anası ölür. Uşaqlığı və gəncliyi Katolik kilsəsi, eləcə də Mahatma Qandi, Avqustin Avreli, Tomas Merton və digər mütəfəkkirlərin kitablarını oxumaqla keçib.

Buenos-Ayresdəki Manuel Belqrano adına incəsənət məktəbini bitirib. Sonra La Plata Milli Universitetində təhsil alıb. 1956-cı ildə pianoçu Amanda Pereslə evlənir və bu evlilikdən üç övladı olur. Sonrakı illərdə Peres Eskivel Kolumbaqədərki Amerika motivlərindən istifadə edən tanınmış heykəltaraş kimi şöhrət qazanır və özünün də təhsil aldığı ali məktəb də daxil olmaqla, Argentinanın müxtəlif təhsil müəssisələrində memarlıqdan dərs deyir. O, nüfuzlu Milli İncəsənət Mükafatına layiq görülür.

Sosial fəaliyyəti 1960-cı ildən başlayaraq xristian pasifist qruplarına qatıldı, 1970-ci ildə siyasi terrora etiraz olaraq demək olar ki, iki aylıq aclıq aksiyası keçirdi. 1968-ci ildə Argentinadakı vəziyyəti yaxşılaşdırmaq yollarının nəzərdən keçirildiyi Montevideoda (Uruqvay) Argentinalı kilsə, universitet və ictimai təşkilatların konfransına qatıldı. 1971-ci ildə keçirilən növbəti konfransda, katolik keşişlərin və kilisələrin yoxsullara kömək etmək səylərini birləşdirmək üçün hazırlanan Sülh və Ədalət Xidmətinin ("Servicio Paz y Justicia") qurulmasında iştirak etdi. 1972-ci ildə aylıq "Sülh və Ədalət" (Paz u lusticia) jurnalını təsis etdi.

1974-cü ildə Latın Amerikası icmaları şəbəkəsinin koordinatoru seçildi — qərargah yalnız Montevideodan Buenos-Ayresə köçürüldü. Argentinalı işçilərə kömək etməklə yanaşı, öz torpaqlarını təcavüzdən müdafiə edən Ekvador və Paraqvay hindularına da kömək etdi. 1975-ci ildə Braziliya hərbi polisi tərəfindən saxlanıldı və 1976-cı ildə Ekvadorda həbs edildi.

2011-ci ildə Liviya Vətəndaş müharibəsinə Avropanın müdaxiləsinə qarşı çıxdı və Suriya Vətən müharibəsinə müdaxilə edilməməsi barədə xəbərdarlıq etdi.Luis Fleishman, The Gaza Crisis and the Intellectual Left in Latin America: A Dark Picture , The Americas Report: Center for Security Policy, December 6, 2012 Prezident Barak Obamaya ABŞ-ni Üsamə bin Ladeni mühakimə etməkdənsə, öldürməyi təklif edən məktub göndərdi, çünki 11 sentyabr hadisələri ilə bağlı narahatlıq doğuran məlumatlar ortaya çıxara bilərdi. O, "Bilirsiniz ki, 11 sentyabr 2001-ci il faciəsini araşdıran insanlar var və bunun özbaşına çevriliş olduğuna dair sübutlar olduğunu iddia edirlər". Daha sonra, "bu hadisə Əfqanıstan və İraqa, indi isə Liviyaya qarşı müharibə başlatmaq üçün mükəmməl bir bəhanə idi" deyə əlavə etdi və ABŞ-ni "bəla oxu" adlandırdı.

2017-ci ilin iyun ayında Venesueladakı Nikolas Maduro hökumətini müdafiə edərək, ölkənin ABŞ tərəfindən təşkil edilən dövlət çevrilişinə cəhd edildiyini iddia etdi.

Diktatura dövründə insan hüquqları və təqiblər 200px|thumb|left|Adolfo Peres Eskivel 1983-cü ildə. 1975-ci ildə Argentina İnsan Haqları Assambleyasının qurucularından biri idi. Argentinada 1976-cı ilin martında baş verən hərbi çevrilişdən sonra ölkədə yürüdülən və "Çirkli müharibə" adını almış sistematik repressiyalar dövründə Eskivel öz təşkilatı vasitəsilə hərbi diktaturanın qurbanlarına kömək etdi. Paralel olaraq, siyasi məhbuslara və ailələrinə kömək etmək məqsədilə xristian kilsələrinin əməkdaşlığını təmin edən insan hüquqları hərəkatını təsis etdi.

Çevrilişdən dərhal sonra, hakimiyyət Sülh və Ədalət Xidmətinin qərargahını dağıtdı. Peres Eskivel özü 1977-ci ilin aprelində və bir ildən çox (14 ay) ittiham olunmadan həbs edildi və işgəncələrə məruz qaldı. Onun azad edilməsində Amnesty International fəal iştirak edib. Nəticədə ABŞ Prezidenti Cimmi Karterin etirazı da daxil olmaqla beynəlxalq təzyiqlər öz təsirini göstərdi və Peres Eskivel daha 9 ay ev dustaqlığında saxlanılsa da, həbsdən azad edildi.

Nobel sülh mükafatı və sonrakı illər 1976-cı il Nobel mükafatçıları Meyrid Korriqan və Betti Vilyams onu Nobel mükafatına namizəd göstərdilər. Norveç Nobel Komitəsi 1980-ci ildə 57 namizəd arasından Peres Eskiveli seçdi. Komitə sədri Con Sannes, Eskiveli "ictimai-siyasi azadlıqlar uğrunda mübarizədə zorakılıq etməmək prinsipinin yorulmaz müdafiəçisi" olaraq xarakterizə etdi: "Qaranlıqda sönməsinə icazə verilməyəcək bir işıq yandırdı."

Sovet dissidenti Andrey Saxarov sürgündə olduğu Qorki şəhərindən laureata yazırdı: "Ədalət uğrunda məzlumlara dəstək üçün verdiyiniz enerjili mübarizəniz, başqa dünyada, minlərlə kilometr uzaqda olan xalq tərəfindən yüksək qiymətləndirilir".

Nobel mükafatından əldə etdiyi pulun əhəmiyyətli hissəsini xeyriyyə təşkilatlarına bağışladı. Sonradan, Peres Eskivel aktiv ictimai fəaliyyətini dayandırmadı: "May Meydanı Anaları" hərəkatını, ətraf mühit aktivliyini, "qənaət siyasətinə" və Amerikanın Azad ticarət Bölgəsinin neoliberal layihəsinə qarşı yerli xalqların hüquqları uğrunda mübarizəni dəstəklədi.

Sənət əsərləri Eskivelin işləriniObra Artística . Official website of Adolfo Pérez Esquivel (in Spanish) sərgilərdəki divar rəsmləri və abidələr təşkil edir. 1992-ci ildə Amerikanın fəthinin 500-cü ildönümünə həsr olunmuş "Yeni göy və yeni torpaq" adlı abidə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İsveçrədəki Baş Qərargahındakı Qaçqınlar abidəsi; Monsinyor Proano və yerli xalqlara həsr olunmuş Ekvadorun Riobamba kafedralindakı Latın Amerikası xalqları muralı və Barselonadakı Qandi Meydanında Mahatma Qandiyə həsr edilmiş bürünc heykəllər onun işləri sırasındadır.

İstinadlar

Xarici keçidlər

[http://www.adolfoperezesquivel.com.ar/ Rəsmi saytı — Nobel Komitəsinin saytından məlumat Adolfo Peres Eskivel (Peres Esquivel) n-t.ru saytında Adolfo Peres Eskivel krugosvet.ru saytında Словопедия: Adolfo Peres Eskivel (р. 1931)

Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:Argentinalı Nobel mükafatı laureatları Kateqoriya:La Plata Milli Universitetinin məzunları Kateqoriya:Buenos-Ayres şəxsləri Kateqoriya:Pasifistlər Kateqoriya:Argentina yazıçıları Kateqoriya:Buenos-Ayresin fəxri vətəndaşları Kateqoriya:Dini aktivistlər Kateqoriya:XX əsr memarları Kateqoriya:XX əsr rəssamları Kateqoriya:XXI əsr memarları Kateqoriya:İnsan hüquqları aktivistləri