Doktor Əsəd Oktay, Əsəd bəy Oktay və ya Əsəd bəy Hacıyev () — Türkiyə Böyük Millət Məclisinin VII, VIII, IX çağırış millət vəkili, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Parlamentinin sədri.
Həyatı Əsəd bəy Ərdəhanın Çıldır bölgəsində yerləşən Zinzal kəndində anadan olmuşdur. Moskva Universiteti tibb fakültəsinin məzunudur. Daxili xəstəliklər üzərinə mütəxəssisdir. Oltu, Qars və Bakı xəstəxanalarında həkim olaraq çalışmışdır.
Əsəd bəy Qars Bələdiyyə həkimi, Qars Məmləkət Xəstəxanası daxili xəstəliklər mütəxəssisi və başhəkimi olaraq da çalışmışdır. Hökumət təbibliyi də etmişdir.
Əsəd bəy 25 iyun 1972-ci ildə 82 yaşında vəfat etmişdir.
Avtobioqrafiyası Əsəd bəy özü haqqında belə yazmışdır:
Ailəsi Evli olmuşdur, 7 uşağı var idi.
İctimai-siyasi fəaliyyəti
Cənub-Qərbi Qafqaz 7 yanvar 1919-cu ildə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldırdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Olur bölgəsindən Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza Ataman, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır. Konqresə rəhbərlik üçün IX Ordu komandanı Yaqub Şevki Paşaya müraciət olunsa da, o gözlərindəki problem üçün İstanbula getməli olduğunu bildirmişdir. Konqres Hamşioğlu Rasim bəyin evində keçirilmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.
17 yanvar 1919-cu ildə 131 nümayəndənin iştirakı ilə Üçüncü və ya Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində bugünkü Qars Valiliyi İqamətgahında topanmışdır. Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad, Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Cümhuriyyəti elan olunmuş və rəhbəri İbrahim bəy Cahangirzadə seçilmişdir. 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir. Parlamentin sədri Əsəd Oktay seçilmişdir.
25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır Həmin vaxtdan Cümhuriyyətin Parlamenti olan "Şura" işə başlamışdır. 27 mart tarixində parlament hökuməti təsdiq etmiş, hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. 10 nazirlik və 4 idarə təşkil olunmuşdur.
12 aprel 1919-cu ildə saat 16:00-da parlamentə gələn Preston baş nazir İbrahim bəy Cahangirzadə ilə görüş keçirmiş və hökumət üzvlərinin tək-tək adlarını istəmişdir. İbrahim bəy adları bir-bir açıqlarkən silah səsləri gəlmiş və parlament xaricində olan ingilis əsgərlər parlamentə girərək 12 vəzifəli şəxsi həbs etmişdir. Bunlar baş nazir İbrahim bəy Cahangirzadə, daxili işlər naziri Əli Rza Ataman, hərb naziri Həsən bəy, iaşə naziri Yusif bəy, Qars valisi Mehmed bəy, Teleqraf Müdiri Muhlis bəy, Polis müdiri Tevhiddin Mamiloğlu, Muhacir müdiri Stefan Vafiyettin, Ədliyyə Nazirliyində Əziz bəy Cahangirzadə, Qars Polis Müdiri Musa bəy, yunan millət vəkili Pavlo Camuşov və millət vəkili Raçinski idi.
Parlamentə girərkən nisbi qarşıdurma yaşansa da, ingilislər 12 nəfəri həbs etmiş, onları yük maşını ilə Qars qatar stansiyasına, oradan Tiflisə, oradan isə Batuma göndərmişdir. Daha sonra onlar Batum yolu ilə Malta adasına sürgünə göndərildi.
Aprelin 14-də ingilis generalı Devinin çağırışı ilə keçmiş hökumət üzvlərindən ibarət 6-sı türk, 1-i rus, 1-i yunandan ibarət yeni müvəqətti idarə etmə çağırıldı. Aprelin 15-də toplanan bu quruma Əsəd Oktay, Mahmud Hidayət bəy, Dr. Canbolat bəy, Gümrülü Həşim bəy Sultanbəyoğlu, Əsədulla bəy, Xeyrulla bəy, Məşədi Səməd ağa və Əziz bəy daxil idi.
Türkiyə 13 aprel 1919-cu ildə Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin ingilis ordusu tərəfindən dağıdılmasıyla Əsəd Oktay Qarsa keçmiş və orada fəaliyyət göstərməyə başlamışdır.
Əsəd Oktay 1920-ci ildə Bakıda şərq xalqlarının I qurultayında iştirak etmiş və dağıdılmış Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Parlamentinin 102 deputatının adından erməni zülmünü qınayan məruzə ilə çıxış etmişdir.
Türkiyə Böyük Millət Məclisinin VII, VIII, IX çağırışlarının Qarsdan Cümhuriyyət Xalq Partiyası namizədi olaraq millət vəkili seçilmişdir. O, üç çağırış ərzində 38 dəfə çıxış etmişdir.
Əsəd bəy Türk Ocaqları Himayeyi-Etfal, Qızılay, Xalq Evi kimi qurumların da üzvü olmuşdur.
Mükafatları İstiqlal Medalı ilə təltif olunmuşdur.
Xatirəsi Ardahanın Çıldır ilçəsində bir prospekt Dr. Esat Oktay adı ilə adlandırılıb. Çıldırdakı evi hal-hazırda viranə haldadır.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:TBMM VII çağırış deputatları Kateqoriya:TBMM VIII çağırış deputatları Kateqoriya:TBMM IX çağırış deputatları Kateqoriya:Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin dövlət xadimləri Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Qars deputatları