Fransişku Quterriş (; ; ) — 2017-ci ildən etibarən Şərqi Timor Prezidenti olan şərqi timorlu siyasətçi.

Həyatı 1954-cü ildə Ossuda anadan olan Quterreş özünü "kasıb ailənin, təvazökar insanların övladı" olaraq xarakterizə etdi. O, Roma katolikidir və keçmiş partizan döyüşçüsüdür.

Fəaliyyəti 1998-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Fretilin Fövqəladə Konfransında Quterreş Silahlı Müqavimət Şurasının baş koordinatoru seçildi. 2001-ci ilin iyulunda Fretilin Prezidenti seçildi. Guterriş 2001-ci ilin avqustunda parlament seçkilərində Təsis Məclisinə seçildi və daha sonra 2002-ci ilin mayında Şərqi Timor müstəqillik qazandıqdan sonra təsis məclisi tərəfindən prezident olaraq seçildi, təsis məclisi parlamentə çevrildi və o parlament sədri oldu.http://www.parlamento.tl/pag_dep_web/023.htm

2007-ci il prezident seçkilərində Quterriş Fretilinin namizədi olaraq yarışdı və populist platformada təbliğat apardı. Lakin Fretilinin bəzi üzvləri onu 2006-cı ildə Şərqi Timor böhranında günahlandırdı və müstəqil namizəd olaraq mübarizə aparan Baş nazir Joze Ramuş-Ortanı dəstəklədi. 9 apreldə keçirilən seçkinin ilk turunda Quterriş 27,89% səslə birinci yeri tutdu. O və Ramuş-Orta may ayında keçirilən ikinci turda iştirak etdilər və Quterriş Ramuş-Ortanın 69% səsinə qarşı yalnız 31% səs toplayaraq məğlub oldu. Nəticəni qəbul etdi və Ramuş-Ortanı təbrik etdi.

Quterriş 2007-ci ilin iyununda keçirilən parlament seçkilərində Fretilinin namizəd siyahısında ilk ad olaraq yenidən parlamentə seçildi.https://web.archive.org/web/20070810223956/http://www.cne.tl/Eleisaun_Parlamentar/ACTA%20FINAL/aviso_publico_final%2009-07-07-ENGLISH.pdf

2017-ci il prezident seçkilərində sabiq Baş nazir Şanana Gujmau və partiyası Timor Yenidənqurma Milli Konqresinin dəstəyi ilə yenidən Fretilin namizədi olaraq iştirak etdi. İlkin nəticələr onun ilk turda 50%-dən çox səs topladığını göstərdi. Guterriş 20 may 2017-ci ildə Şərqi Timorun seçilmiş ilk partizan Prezidenti olaraq vəzifəyə başladı.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri