Mombasa — Keniyada şəhər. Hind okeanında mərcan adasında yerləşir. 2 damba və körpü onu materikə birləşdirir. Ölkənin mühüm limanıdır. Şəhərdə dəmiryol stansiyası var, avtomobil yolları qovşağıdır. Yeyinti, toxuculuq, metal emalı, sement, neft emalı, metallurgiya sənayesi müəssisələri var. Yaxınlığında Moy Hava Limanı yerləşir. 2019-cu il siyahıyaalınmasına görə təxminən 1,208,333 nəfər əhalisi olan şəhər ölkənin ən qədim (təqribən 900-cü ildə salınmışdır) və paytaxt Nayrobidən sonra ikinci ən böyük şəhəridir.The World Factbook

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Keniya şəhərləri Kateqoriya:Hind okeanının liman şəhərləri Kateqoriya:Afrikanın tarixi dövlətləri Kateqoriya:Keçmiş Portuqaliya müstəmləkələri