Moloqa () — Rusiyanın Tver, Novqorod və Voloqda vilayətlərində çay. Volqa çayının sol qoludur. Rıbinski su anbarına tökülür. Uzunluğu 456 km, hövzəsinin sahəsi 29,700 km2-dir. Qarışıq mənbədən qidalanır. Oktyabrın axırından aprelədək donmuş olur. Pestovo şəhərindən gəmiçiliyə yararlıdır. Bejetsk, Pestovo, Ustyujna şəhərləri Moloqda sahilindədir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya çayları Kateqoriya:Volqanın qolları